HİPERTONİYA XƏSTƏLİYİ ZAMANI NADİR GÖZ FƏSADI – RETİNAL ARTERİAL MAKROANEVRİZMA (KLİNİK HAL)
Açar sözlər:
optik disk, retinal arterial makroanevrizma, optik koherent tomoqrafya, arterial hipertoniya, arterial okklyuziyaXülasə
Məqalədə sağ gözdə görmənin pisləşməsi şikayətləri ilə müraciət edən anamnezində arterial hipertoniyası olan xəstənin kliniki halı təqdim edilir.
Xəstəyə viziometriya, tonometriya, biomikroskopiya, göz dibinin müayinəsi, optik koherent tomoqrafya, füoressent angioqrafya, gözün ultrasəs müayinəsi icra olunmuşdur. Aparılan müayinələr və toplanılan anamnezə əsasən xəstəyə diaqnoz qoyulmuşdur: hər iki gözün hipertonik retinopatiyası; sağ gözün görmə siniri diskinin makroanevrizması, retinal arteriyanın yuxarı nazal şaxəsinin okklyuziyası.
Nəzərə alsaq ki, retinal arterial makroanevrizma fəsadlı hallar istisna olmaqla, müdaxilə tələb etmir, xəstə dinamik müşahidə altına alınmışdır, xəstəlik ağırlaşmasız getdiyi üçün spontan sağalma ilə nəticələnmişdir.
Arterial hipertoniya xəstəliyinin gözə verdiyi fəsadları nəzərə alaraq, sistem müalicə ilə yanaşı oftalmoloqun müayinəsi vacibdir.