GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA GÖZ XƏSTƏLİKLƏRİNİN 5 VƏ YUXARI YAŞLI UŞAQ VƏ YENİYETMƏLƏR ARASINDA YAYILMASININ SƏCİYYƏLƏRİ

Authors

  • Adbıyeva Y.C.

Keywords:

göz xəstəlikləri, uşaq və yeniyetmələr

Abstract

Məqsəd – Azərbaycan Respublikasının Gəncə-Qazax iqtisadi rayonunda yaşayış məntəqələrinin tipindən (iri şəhər, kiçik şəhərlər və kəndlər) asılı 5 və yuxarı yaşlı uşaq və yeniyetmə əhalisi arasında göz xəstəliklərinin yayılmasının xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
Müşahidə toplumunda 2700 uşaq və yeniyetmə olmuşdur (900 iri şəhərdə, 900 kiçik şəhərdə və 900 kəndlərdə), hər yaş qrupunda 300 uşaq və yeniyetmə (150 oğlan və 150 qız) təmsil olunmuşdur. Bu kontingent akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasında kompleks müayinə olunmuşdur. Toplanmış materiallar keyfyyət əlamətlərinin statistik metodları ilə işlənmişdir.

Nəticələr
100 müayinə olunan uşaq və yeniyetməyə 5-9, 10-14, 15-19 yaşlarda müvafq olaraq 47,7±1,7; 59,9±1,6 və 72,9±1,5 göz xəstəliyi düşmüşdür. İri şəhər, kiçik şəhərlər və kəndlərdə göz xəstəliklərinin ümumi səviyyəsi 100 nəfərə görə müvafq olaraq 61,7±2,8; 44,7±2,9 və 36,7±2,8 xəstəlik 5-9 yaşlarda, 78,3±2,4; 58,3±2,8 və 43,0±2,8 xəstəlik 10-14 yaşlarda, 97,0±1,0; 69,3±2,6 və 52,3±2,9 xəstəlik 15-19 yaşlarda təşkil etmişdir.

Yekun
Uşaq və yeniyetmə əhalisində göz patologiyasının səviyyəsi iri şəhərdə çox yüksək, kiçik şəhərlərdə yüksək və kəndlərdə orta səviyyədədir (100 nəfərə görə 5-9, 10-14 və 15-19 yaşlarda 61,7±2,8; 78,3±2,4 və 97,0±1,0 xəstəlik; 44,7±2,9; 58,3±2,8 və 69,3±2,6 xəstəlik; 36,7±2,8; 43,0±2,8 və 52,3±2,9 xəstəlik). Göz xəstəliklərinin nozoloji strukturu oxşardır və birinci beş yeri konyunktiva xəstəlikləri (38,2-45,5%), hipermetropiya (12,4-18,2%), miopiya (7,3-12,4%), anizometropiya (8,2-9,7%) və heterotropiya (4,3- 6,7%) tuturlar.

Downloads

Download data is not yet available.

Published

2021-03-02

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Adbıyeva Y.C. 2021. GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA GÖZ XƏSTƏLİKLƏRİNİN 5 VƏ YUXARI YAŞLI UŞAQ VƏ YENİYETMƏLƏR ARASINDA YAYILMASININ SƏCİYYƏLƏRİ. The Azerbaijan Journal of Ophthalmology. 35 (Mar. 2021), 3–10.
Article Footer

Similar Articles

1-10 of 454

You may also start an advanced similarity search for this article.