OFTALMOLOJİ YARDIMININ III ETAPINDA ŞƏKƏRLİ DİABET FONUNDA GÖZ XƏSTƏLİKLƏRİNİN YAYILMASI VƏ NOZOLOJİ STRUKTURU
Açar sözlər:
oftalmoloji yardım, nozoloji struktur, göz xəstəlikləri, şəkərli diabetXülasə
Məqsəd – oftalmoloji yardımın III etapında şəkərli diabeti olan kontingentdə aşkar edilmiş göz xəstəlikləri – nozoloji strukturu və yayılmasının qiymətləndirilməsi.
Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən 2280 şəkərli diabeti olan pasiyentlərdə göz xəstəliyinin təhlili aparılıb.
Nəticə
Şəkərli diabeti olan hər 100 pasiyentdə 25,7±0,9 – katarakta, 13,2±0,7 – miopiya, 11,8±0,7 – astiqmatizm və digər patologiyalar aşkar edilmişdir. Xəstələrin 14,5±0,7%-də şəkərli diabetin ağırlaşması, proliferativ diabetik retinopatiya qeyd edilmişdir. Qeyri-proliferativ diabetik retinopatiya pasiyentlərin 5,9±0,5%-də müşahidə olunmuşdur.
Yekun
Şəkərli diabeti olan pasiyentlərdə III mərhələdə oftalmoloji yardıma müraciət edərkən hər 100 nəfərdə 110,9 göz patologiyası aşkar edilmişdir. Şəkərli diabeti olan şəxslərdə göz xəstəliklərinin yayılması pasiyentin yaşından asılıdır.