QARADAĞ RAYONU LÖKBATAN QƏSƏBƏSİNDƏ UŞAQ VƏ YENİYETMƏLƏR ARASINDA REFRAKSİYA QÜSURLARININ RASTGƏLMƏ TEZLİYİ, YAŞA VƏ CİNSƏ GÖRƏ TƏHLİLİ

Авторы

  • Hacıyeva K.T

Açar sözlər:

miopiya, refraksiya qüsuru, yüksək dərəcəli miopiya

Xülasə

Məqsəd – Qaradağ rayonu Lökbatan qəsəbəsində uşaq və yeniyetmələr arasında refraksiya qüsurlarının aşkarlanması.

Material və metodlar
Uşaq və yeniyetmələr arasında refraksiya anomaliyalarının aşkarlanması üçün 01.01.2023- 01.01.2024-cü il müddətində Lökbatan Tibb Mərkəzinin (LTM) göz kabinetinə müraciət etmiş 0-18 yaş arasında uşaq və yeniyetmələrin baza məlumatları işlənmiş və həmin patologiyanın rastgəlmə tezliyi müəyyən edilmişdir. Pasiyentlər yaş həddinə görə 0-5; 6-11; və 12-8 yaş qruplarına bölünmüş, refraksiya qüsuru olaraq miopiya, hipermetropiya və astiqmatizm diaqnozu qoyulmuş pasiyentlər tədqiq edilmişdir.

Nəticələr
Ümumi müraciət edən 3070 pasiyent 1472 nəfərdə refraksiya qüsuru aşkarlanlanmışdır. 641 nəfəri oğlanlar (43,5 %), 831 (56,4 %) – qızlar təşkil etmişdir. Baza məlumatlarına əsasən refraksiya qüsuru ən çox 12-18 yaş aralığında 855 (58%) pasiyentdə, ən az 0-5 yaş intervalında olan 99 (6,7%) uşaqda rast gəlinmiş, bütün yaş qruplarında qızlarda refraksiya qüsurları oğlanlara nisbətən daha çox izlənmişdir. Bizim təhlildə 1472 nəfərdən 928-ində (63%) miopiya (miopik astiqmatizmlə birlikdə) aşkarlanmış, o cümlədən, 74 (8%) nəfərdə yüksək dərəcəli miopiya (yüksək sferik komponentli miopik astiqmatizmlə birgə) qeyd edilmişdir. 2018-ci ildə Lökbatan məktəbliləri arasında aparılmış analoji tədqiqatda 809 refraksiya patologiyasının 601- ni (74,3%) miopiya təşkil etmiş, yüksək dərəcəli miopiya 14 (2%) nəfərdə müşahidə olunmuşdur.

Yekun
Məktəb və əlavə hazırlıqlarda yüksək görmə gərginliyi, dərs yükünün həddindən çox olması əksər uşaqların həyat tərzindən fiziki aktivliyi sıxışdırıb çıxartmışdır. İrsiyyətdə də refraksiya patologiyası varsa, bu da yaxın məsafəyə yüklənmiş gözlərə mənfi təsir göstərməklə miopiyanın inkişafına və sonradan proqressivləşməsinə səbəb olur. Məktəbəqədər, bağçaya getməyən uşaqların da sahə həkimləri tərəfindən profilaktik oftalmoloji yoxlanışa göndərilməsi refraksiya qüsurlalarının vaxtında aşkarlanması, müalicəsi və profilaktik tədbirlərin aparlması görmə patologiyanın qarşısını almağa imkan yaradacaq.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.06.2024

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR