XALAZİON. KLİNİKİ YANAŞMA

Авторы

  • İbrahimzadə G.T
  • Şahmuradova G.V

Açar sözlər:

xalazion, karsinoma, limfoma, kanalikulit, göz yaşı vəzi xəstəlikləri

Xülasə

Məqsəd – son üç il ərzində bizim klinikamıza müraciət edən pasiyentlər arasında xalazion xəstəliyinin yayılması, onun differensial diaqnostikası və müalicəsinə yanaşmanın öyrənilməsi.

Material və metodlar
Tədqiqata 01.05.2020-ci il tarixdən 01.05.2023- cü il tarixə kimi akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən xalazion diaqnozu qoyulan 350 pasiyent daxil edilmişdir. Pasiyentlərin 174-ü (49.8%) qadın, 123-ü (35.1%) – kişi və 53-ü (15.1%) uşaq olunmuşdur.

Nəticə
Ümumi pasiyentlərin sayından 235 (67%) nəfərə xalazionun xaric edilməsi əməliyyatı aparılmış, 115 (33%) isə – konservativ müalicə tətbiq edilmişdir. 115 (33%) pasiyentdə yanaşı gedən somatik xəstəliklər aşkarlanmışdır. Bizə müraciət edən öncədən xalazion diaqnozu qoyulmuş 39 (7.7%) pasiyentdə kliniki və histoloji xalazionun olmaması təsdiqlənmişdir. Bu pasiyentlərin 4-ə yaş vəzisinin kistası, 19-a karsinoma, 2-ə limfoma, 2-ə isə daxili orqanlarının bədxassəli şişlərinin metastazı, 12-ə isə kanalikulit diaqnozu qoyulmuşdur.

Yekun
Xalazionla bağlı araşdırdığımız tibbi ədəbiyyatlara və 3 il ərzində müşahidə etdiyimiz pasiyentlərə nəzər saldıqda, qeyd etmək lazımdır ki, xalazionun diferensial diaqnozu əsasən qapağın bədxassəli şişləri ilə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, göz qapaqlarının lateral hissəsində yerləşən yaş vəzisinin və medial hissədə yerləşən kanalcıqların patologiyası ilə xalazionlar çox vaxt səhv salına bilər. Üç il ərzində müşahidə etdiyimiz pasiyentlərdə fəsadlı “xalazionun” artan qrafiklə rast gəlinməsini xəstələrin oftalmoloqlara yox, ümumi cərrahlara, dermatoloqlara və hətta kosmetoloqlara müraciət etməsilə əlaqələndiririk.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.02.2024

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR