НЕКОТОРЫЕ РЕЗУЛЬТАТЫ ВЫБОРОЧНОГО ИССЛЕДОВАНИЯ БИОМЕТРИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ГЛАЗНОГО ЯБЛОКА У ПАЦИЕНТОВ С МИОПИЧЕСКОЙ РЕФРАКЦИЕЙ

Авторы

  • Самедова Д.Х.
  • Амирова А.Ю.
  • Гасанзаде Л.Ю.
  • Бабаева Б.Р.
  • Биландарли Л.Ш.

Açar sözlər:

miopiya, biometik göstəricilər, göz almasının ön-arxa oxunun uzunluğu, buynuz qişa əyriliyinin radiusu, AL/CR əmsalı

Xülasə

Məqsəd - retrospektiv tədqiqatlara əsasən uşaq və yeniyetmələrdə göz almasının biometrik göstəricilərinin öyrənilməsi.

Material və metodlar
Tədqiqat akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaq Poliklinikasına 2017-ci il iyun ayından 2017-ci il oktyabr ayına kimi miopiya diaqnozu ilə daxil olan 200 xəstə üzərində aparılmışdır. Xəstələr 4 qrupa bölünmüşdür: I qrup – 3 yaşdan 5 yaşa kimi, II qrup – 6-9 yaşında, III qrup – 10-13 yaşında, IV qrup – 14- 18 yaşında. Bütün xəstələrə standart oftalmoskopik müayinələr aparılmışdır: ön-arxa uzunluğu IOL Master 500 (Carl Zeiss Medical Technology, Germany) cihazında ölşülmüşdür. Refraksiyanın ölçülməsi üçün skiyaskopiya və avtorefraktometriya üsullarında istifadə edilmişdir (Uşaq avtorefraktometri “Plusoptix”, avtorefraktometr “Tomey”).

Nəticə
I qrupa daxil olan uşaqların yaş həddi 4,3±0,2 yaş olmuşdur. Anamnezin yığılması zamanı 58% (29 xəstə) bir və ya hər iki valideyndə miopik refraksiya aşkar edilmişdir. Ön-arxa oxun uzunluğu – 24,8±0,02 mm, buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 10,8±0,01 mm,7,45±0,01 mm təşkil etmişdir, AL/CR 3,32 bərabər olmuşdur. II qrup – yaş həddi 7,6±0,3 olmuşdur; miopik irsi faktor - 54% (27 uşaq); ön-arxa oxun uzunluğu – 24,5±0,02 mm; buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,5±0,01 mm və 7,46±0,01mm təşkil etmişdir, AL/CR – 3,28. III qrup yaş həddi 11,4±0,3, miopik irsi faktor – 58% (29 uşaq); ön-arxa oxun uzunluğu – 24,1±0,03 mm; buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,5±0,01 mm və 7,46±0,01 mm təşkil etmişdir, AL/CR – 3,23. IV qrup – yaş həddi 15,5±0,5, miopik irsi faktor – 52% (26 uşaq), ön-arxa oxun uzunluğu – 24,6±0,03 mm, buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,6±0,01mm və 7,47±0,01 mm təşkil etmişdir, AL/CR – 3,29 olmuşdur.

Yekun
Tədqiqatlara əsasən belə nəticəyə gəlmək olar ki, gözün ön-arxa oxunun uzunluğunun artması miopiyanın inkişaf etməsində aparıcı faktorlardan biridir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Dərc olunub

11.10.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Самедова Д.Х. et al. 2017. НЕКОТОРЫЕ РЕЗУЛЬТАТЫ ВЫБОРОЧНОГО ИССЛЕДОВАНИЯ БИОМЕТРИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ГЛАЗНОГО ЯБЛОКА У ПАЦИЕНТОВ С МИОПИЧЕСКОЙ РЕФРАКЦИЕЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 25 (Oct. 2017), 100–105.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>