"BİBİHEYBƏT" GƏMİ TƏMİRİ ZAVODU İŞÇİLƏRİNDƏ GÖZ XƏSTƏLİKLƏRİNİN RİSKİ VƏ STRUKTURU

Авторы

  • Qurbanova M.H.

Açar sözlər:

gəmi təmiri zavodu, risk, struktur, göz xəstəlikləri

Xülasə

Məqsəd - “Bibiheybət” Gəmi Təmiri Zavodunda fərqli peşə fəaliyyəti ilə məşğul olan mütəxəssislərdə göz xəstəliklərinin yayılma səviyyəsini, nozoloji strukturunu və riskini qiymətləndirmək.

Material və metodlar
Tədqiqat üçün ilkin material kimi 2021-ci ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunda çalışan 1161 nəfərin dövri tibbi profilaktiki müayinəsinin məlumat bazası istifadə olunmuşdur. Müayinə olunanlar peşə fəaliyyətinə görə qruplaşdırılmışdır: hər qrupda aşkar edilmiş göz xəstəliklərinin tezliyi 1000 nəfərə görə hesablanmış, göstəricinin 95% etibarlılıq intervalı (Eİ) müəyyən edilmişdir (t=1,96 olmaq şərti ilə). Göz xəstəliklərin riski nisbi riskin göstəricilərinə görə qiymətləndirilmişdir.

Nəticə
Göz xəstəliklərinin tezliyi 250,6±21,9‰ (nəzarət qrupu) ilə 759,3±58,2‰ (elektrik qaynaqçıları) intervalında dəyişir. Nəzarət qrupu ilə müqayisədə göz xəstəliklərinin tezliyinin statistik əhəmiyyətli yüksək səviyyəsi (p≤0,05) boru çəkənlərdə (585,7±58,8‰), çilingərlərdə (504,3±46,2‰), dülgərlərdə (673,1±65,1‰), elektriklərdə (465,4±49,6‰), gövdə təmirçilərində (729,2±45,4‰), maşinistlərdə (600,0±126,5‰), mexaniklərdə (550,0±111,2‰), qaynaqçılarda (759,3±58,2‰), rəngsazlarda (568,0±44,3‰) qeydə alınmışdır. Mütləq riskin səviyyəsinə görə birinci dörd yeri ardıcıllıqla qaynaqçılar, gövdə təmirçiləri, dülgərlər və maşinistlər tuturlar.

Yekun
“Bibiheybət” Gəmi Təmiri Zavodu işçiləri arasında göz xəstəliklərinin tezliyi 402,2±14,4‰ (95% etibarlılıq intervalı 373,4‰-431,0‰) səviyyəsindədir. İşçilərin peşəsindən asılı olaraq göstəricilər geniş intervalda dəyişir 227,3‰- 759,3‰. Göz xəstəliklərinin strukturunda əsas yerləri refraksiya və akkomodasiya pozğunluqları (62,3%), konyunktivanın xəstəlikləri (17,6%) tuturlar. Peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin nisbi riski 0,907 (95% etibarlılıq intervalı 0,129-1,683) – 3,029 ( 95% etibarlılıq intervalı 2,849‰-3,209‰) intervalında olmuşdur. Peşə risk amilinin həssaslığı (0,049-0,42) zəifdir, spesifikliyi isə çox yüksəkdir (0,835-0,980).

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

27.11.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR