ВЛИЯНИЕ КОРРЕКЦИИ ГИПЕРМЕТРОПИИ СЛАБОЙ СТЕПЕНИ ПРИ СМЕШАННОМ АСТИГМАТИЗМЕ НА ОСТРОТУ ЗРЕНИЯ И ПРОГРЕССИРОВАНИЕ МИОПИИ У ДЕТЕЙ
Açar sözlər:
qarışıq astiqmatizm, miopiya, hipermetropiya, refraksiya pozğunluğuXülasə
Məqsəd - qarışıq astiqmatizm zamanı 1,0 D zəif dərəcəli hipermetropiya korreksiyasının əhəmiyyətini, onun görmə itiliyinə və miopiyanm proqressivləşməsinə təsirini öyrənmək
Material və metodlar
Müşahidə altında məktəb yaşlı və məktəbə qədər 4-14 yaşda olan 78 uşaq olmuşdur. Müayinə zamanı
vizometriya, skiaskopiya metodu ilə sikloplegiyadan əvvəl və sonra refraksiyanın təyini, refraktometriya və plus-
optic, həmçinin göz dibinin vəziyyəti tətbiq edilmişdir. Müayinələr 4-5 il ərzində ildə 3-4 dəfə aparılmışdır.
Tədqiqata daxil olan uşaqlar iki qrupa bölünmüşdür: I qrup pasiyentlərə yalnız miopik komponentlə eynək
təyin edilmişdir - 36 uşaq (72 göz); II qrup pasiyentlərdə həm miopik, həm də hipermetropik komponent nəzərə
alınmışdır - 42 uşaq (84 göz).
Nəticə
Aparılan müalicəyə görmə üzvünə təsiredici fiziki, optik və funksional metodlar daxil edilmişdir. Müalicə
kursları ildə 2-3 dəfə aparılmışdır. Belə ki, bunların əsas məqsədi astiqmatizm zamanı görmə funksiyaların bərpası,
korreksiyasız və korreksiya ilə maksimal görmə itilinə nail olmaq, həmçinin miopiyanm proqressivləşməsini
dayandırmaq olmuşdur. Müalicə kompleksinə lazer- və maqnit terapiyası, ruçeyok və ya kaskad vasitəsilə
məşğələlər daxil edilmişdir. Bütün bunlarla yanaşı tərkibində sitikolin, qaragilə ekstraktı, vitaminlər olan damcıların
instillyasiyası və eləcə də medikamentoz müalicə tətbiq edilmişdir.
Yekun
Qarışıq astiqmatizm zamanı mümkün qəədər erkən yaşda, hər il müayinələr keçirilərək diaqnostika və müalicə
aparılmalıdır. Uşaqlarda qarışıq astiqmatizmin vaxtında müalicəsi və korreksiyası aparılmadıqda “tənbəl göz”
sindromuna və çəpgözlüyə səbəb ola bilər. Korreksiyanın təyini zamanı astenopik şikayyətlərdən və miopiyanın proqressivləşməsindən qaçınmaq üçün mümkün qərəd zəif dərəcəli hipermetropiyanı korreksiya etmək lazımdır.
Medikamentoz müalicə ilə yanaşı ildə 2-3 dəfə ambulator müalicə keçirilməlidir. Qarışıq astiqmatizmin
korreksiyasına və müalicəsinə belə bir yanaşma müsbət nəticələr əldə etməyə və bir sıra fəsadların qarşısının
alınmasına şərait yaradır.