AZƏRBAYCAN RESPUBLİKASINDA YETKİN ƏHALİ ARASINDA GÖRMƏ ORQANI ZƏDƏLƏNMƏLƏRİNİN RASTGƏLMƏ TEZLİYİNİN XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ

Authors

  • Bayramova H.O.

Keywords:

epidemiologiya, görmə orqanı və orbita travmaları, rastgəlmə tezliyi, yayılma xüsusiyyətləri

Abstract

Məqsəd – Azərbaycanda görmə orqanı zədələnmələrinin rastgəlmə tezliyi göstəricilərinin yetkin əhali arasında paylanmasının xüsusiyyətlərinin öyrənilməsi.

Material və metodları
Tədqiqatın obyekti olaraq 2018-2022-ci illər ərzində görmə orqanı zədələri üzrə statistik formalar (57 №-li forma. Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri) təhlil edilib. Hesablamalar 18 yaşdan yuxarı əhalinin sayına dair statistik məlumatlar nəzərə alınmaqla aparılmışdır.

Nəticələr
Müəyyən edilib ki, tədqiq olunan dövrdə Azərbaycanda 11290 görmə orqanı travması qeydə alınıb. Ölkə üzrə orta hesabla 100 min əhaliyə düşən illik göstərici 22,6 (ildə 2258±14,3 hal) təşkil edib. Bu göstərici yaxın perspektivdə artmağa meyllidir. Qeydə alınmış bütün görmə orqanı və orbita zədələnmələrindən 8937-si (ümumi sayının 79,1%-i) 18 yaşdan yuxarı yetkin əhalinin payına düşür. Göz rmə orqanının zədələnmələri hallarının yarıdan çoxu Bakı şəhərinin və Respublika tabeli digər şəhərlərin sakinlərinin payına düşür. Yetkin əhali arasında istehsalatla əlaqəli olmayan görmə orqanının zədələnmələrinin yüksək xüsusi çəkisi məişət travmalarının artması ilə bağlıdır. Statistik cəhətdən əhəmiyyətli tendensiyalar və gender fərqləri göstərilir. Üstəlik, 2022-ci ildə 2018-ci illə müqayisədə həm qadınlar, həm də kişilər arasında görmə orqanı və orbitanın nəqliyyat xəsarətlərinin nisbətində davamlı statistik etibarlı (p<0,05) azalma müşahidə edilmişdir.

Yekun
Yetkin əhali arasında görmə orqanının travmatizminin rastgəlmə tezliyinin göstəricilərini azaltmaq üçün göz travmatizminin strukturu, risk faktorları, peşəkar oftalmoloji yardımın göstərilmə müddətini, mümkün nəticələri və fəsadları müəyyənləşdirmək üçün əlavə tədqiqatların aparılması tövsiyə olunur.

Downloads

Download data is not yet available.

Published

2024-06-23

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Bayramova H.O. 2024. AZƏRBAYCAN RESPUBLİKASINDA YETKİN ƏHALİ ARASINDA GÖRMƏ ORQANI ZƏDƏLƏNMƏLƏRİNİN RASTGƏLMƏ TEZLİYİNİN XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ. The Azerbaijan Journal of Ophthalmology. 49 (Jun. 2024), 3–8.
Article Footer

Similar Articles

1-10 of 390

You may also start an advanced similarity search for this article.