AZƏRBAYCANDA KERATOKONUSUN GƏNC KİŞİ POPULYASIYASINDA RASTGƏLMƏ TEZLİYİ, KLİNİKİ VƏ TOPOQRAFİK XÜSUSİYYƏTLƏRİ
DOI:
https://doi.org/10.30546/2709-4634.2022.1(40).11Açar sözlər:
keratokonus, ektaziya, epidemiologiya, Şeimpfyuq tomografiyaXülasə
Məqsəd - Azərbaycanda gənc kişi populyasiyasında keratokonusun rastgəlmə tezliyi, klinik və topoqrafik xüsusiyyətlərinin təhlili.
Material və metodlar
Hazırki tədqiqatda akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaşları 17-35
(22,1±4,8) arası dəyişən və görmə patologiyası olan 20050 gənc kişi arasında keratokonusun rastgəlmə
tezliyi tədqiq edilmiş, xəstəliyin kliniki və topoqrafik xüsusiyyətləri Şeympflyuq kameralı tomoqrafın
tətbiqi ilə öyrənilmişdir.
Nəticə
Tədqiq olunan populyasiyada keratokonusun rastgəlmə tezliyi 3,18±0,2% (n=638) təşkil etmişdir.
Keratokonus aşkarlanan gənclərdən 92,3%-də [95% Etibarlıq İntervalı (EI):90,7-94,8] bilateral
keratokonus aşkar edilmişdir. 20-24 yaş arası gənclər keratokonus aşkar edilən xəstələrin 45,53%-ni
(95% EI: 42,8-48,1), 17-20 yaşlı gənclər 35,64%-ni (95%EI: 33,21-38,2), 26-29 yaşlı gənclər 10,5%- ni
(95% EI: 8,12 - 13,2) və 30-35 yaşlı gənclər 8,32%-ni (95% EI: 6,1-10,8) təşkil etmişdir. Şeimpflyuq
tomoqrafiyanın nəticələrinə əsasən keratokonus aşkar olunan gözlərin 27,1%-də (95%EI: 25,2-29,88)
subklinik mərhələ, 27,6%-də (95% EI: 25,1-29,92) I mərhələ, 22,3%-də (95% EI: 19,9-27,7%) II mərhələ,
17,7%-də (95% EI: 15,6-19,9 ) III mərhələ, 1,7%-də (95% EI: 1,0-2,4) IV mərhələ keratokonus aşkar
edilmişdir. Topomorfoloji quruluşuna görə 46,6% (95% Eİ:41,1-53.11) gözlərdə mərkəzi, 43,5%(95%,
Eİ:38,1-51,4 ) parasentral, 9,8% (95% EI: 6,8-13, 2) gözlərdə periferik konus müşahidə olunmuşdur.
Keratotopoqrafik xəritəyə əssən 45,1% (95% Eİ:41,1-49,3) gözdə məməcik formada, 53,6% (95%
Eİ:49,2-57,5) gözdə oval formada və 1,1 % ( 95% Eİ 0,7-1,9) gözdə qlobus formada konus müşahidə
olunmuşdur.
Yekun
Alınan nəticələr keratokonusun gənc kişi populyasiyasında nadir rast gəlinən xəstəlik olmamasını
ortaya qoyaraq, xəstəliyin daha erkən mərhələdə skrininqini labud edir. Vaxtında aparılan monitorinq və
düzgün müalicə taktikasının seçimi gənc kişilərdə xəstəliyin proqressivləşməsinin qarşısını almağa və
beləliklədə görmə funksiyasının qorunmasına zəmin yaratmış olacaqdır.