LAZER REFRAKTİV CƏRRAHİYYƏDƏ BUYNUZ QİŞANIN TOPOQRAFİK İNDEKSLƏRİNİN KLİNİK ƏHƏMİYYƏTİ

Authors

  • Əliyeva S.Ş.

Keywords:

buynuz qişanın topoqrafk indeksləri, Pentacam, görmənin lazer korreksiyası

Abstract

Məqsəd – buynuz qişanın topoqrafk indekslərini təhlil etmək və onların lazer refraktiv cərrahiyyəsində əhəmiyyətini qiymətləndirmək.

Material və metodlar
Topoqrafk göstəricilərin korrelyasiya təhlili iki qrup pasiyentlərdə aparılmışdır. Birinci qrupa LASIK və FemtoLASIK əməliyyatlarından əvvəl və ayrl-ayrı vaxtlarda müxtəlif dərəcədə miopiyası olan 24-42 yaş arası (34,67±5,44 yaş) 40 pasiyent (70 göz) daxil edilmişdir. İkinci qrupu I dərəcəli keratokonusu (28 göz) və II dərəcəli keratokonusu (12 göz) olan 34 pasiyent (40 göz) təşkil etmişdir. Pasiyentlərin yaşı 18-40 arasında (29,48 ± 4,43 yaş) olmuşdur. Keratotoqrafk tədqiqatlar Pentacam HR və Wavelight Oculyzer cihazlarında aparılmışdır. Keratotoqrafk indekslərin təhlilinə xüsusi diqqət yetirilmişdir.

Nəticə
Aparılan tədqiqatlar buynuz qişa indeksləri ilə refraktiv silindr göstəriciləri arasında birbaşa statistik əhəmiyyətli korrelyasiya aşkar etmişdir. Ən əhəmiyyətlisi silindr ölçüsü ilə səth variasiyası indeksi (SVI) arasında müsbət korrelyasiya (r=+0,67; P<0,001) olmuşdur. Mərkəzi paximetriya göstəriciləri ilə buynuz qişa indeksləri arasında mənf korrelyasiya qeyd edilmişdir. Bu mənf korrelyasiya Keratokonus İndeksi (KI, r= -0.65; P<0.001) və Mərkəzi Keratokonus İndeksi (CKI, r= -0.76; P<0.001) ilə ən yüksək olmuşdur. Bundan əlavə, mərkəzi keratometriya dəyəri (central K) və buynuz qişa indeksləri arasında birbaşa statistik əhəmiyyətli korrelyasiya əldə edilmişdir, bu korrelyasiya KI (r=+0,66; P<0,001) və CKI (r=+0,77; P <0,001) ilə daha böyük olmuşdur.

Yekun
Pasiyent seçimi və görmənin lazer korreksiyası növünün seçilməsi mərhələlərində buynuz qişanın topoqrafk indekslərinin təhlili subklinik mərhələdə keratokonusu, quru göz sindromu olan pasiyentləri istisna etməyə və fərdi topoqrafk yönümlü əməliyyat üçün göstərişləri müəyyən etməyə imkan verəcəkdir.

Downloads

Download data is not yet available.

Published

2022-07-26

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Əliyeva S.Ş. 2022. LAZER REFRAKTİV CƏRRAHİYYƏDƏ BUYNUZ QİŞANIN TOPOQRAFİK İNDEKSLƏRİNİN KLİNİK ƏHƏMİYYƏTİ. The Azerbaijan Journal of Ophthalmology. 41 (Jul. 2022), 15–21.
Article Footer

Similar Articles

1-10 of 296

You may also start an advanced similarity search for this article.