МЕТОДЫ ДИАГНОСТИКИ КЕРАТОКОНУСА НА НАЧАЛЬНЫХ СТАДИЯХ РАЗВИТИЯ ЗАБОЛЕВАНИЯ

Авторы

  • Абдулалиева Ф.И.

Açar sözlər:

keratokonus, keratoplastikanın diaqnostikası alqoritmi

Xülasə

Məqsəd - xəstəliyin erkən mərhələlərində keratoplastikanın diaqnostika alqoritmini tərtib etmək.

Material və metodlar
Təklif edilmiş tövsiyələrin nəticələri akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer-lazer şöbəsinin bazasında aparılmış kliniki tədqiqatlarına əsaslanır. Tədqiqata 233 pasiyent (385 göz) daxil olunub. Metodikanın maddi-texniki təminatı: Biomikroskop Tomey (Japan); avtokeratorefraktometr (Tomey RC-5000, Japan); ultrasəs paximetr PacScan 300P (Sonomed, USA); ultrasəs exobiometriya E-Z Scan AB5500+ (Sonomed, USA); konfokal mikroskop EM-3000 (Tomey, Japan); şeymfüq-kamera Pentacam HR (Oculus, Germany); optik koherent tomoqraf (ОКТ) Visante OCT (Carl Zeyss Meditec, Germany). Keratokonus ilə pasiyentlərin müayinə metodikası: anamnez, biomikroskopiya, skiaskopiya, Tomey aparatında keratorefraktometriya, buynuz qişanın paximetriyası, ATLAS® 9000 corneal topographer topoqrafında buynuz qişanın kompüter topoqrafyası, şeymfüq-kamera Pentacam HR aparatında buynuz qişanın skanedici topoqrafyası, WASKA (CRS-Master) və Pentacam HR aparatlarında aberrometriya aparılmışdır, konfokal mikroskopiya.

Nəticə
Kompleks müayinə nəticələrinin təhlili 98,0% hallarda subklinik keratokonus diaqnozunun ilk dəfə təsdiqini və ya aşkarlanmasını göstərmişdir. Xəstəliyin erkən mərhələlərində keratokonus 56% pasiyentdə aşkar edilmişdir. Keratokonusun adekvat diaqnostikası üçün xəstəliyin ən başlanğıc mərhələlərində kompleks diaqnostik üsullarının və onların nəticələrinin qiymətləndirilməsinin birgə keçirilməsi vacibdir. Diaqnostik meyarların sistemləşdirilməsi keratokonusun erkən mərhələlərində diaqnostikası üçün maraq doğurur və təcrübi cəhətdən əhəmiyyətlidir. Bütün bunlar, müasir cərrahi metodları tətbiq edərək, keratokonusun inkişafını saxlamağa və funksional nəticələri yaxşılaşdırmağa imkan yaradır.

Yekun
Tam müayinə spektrinə malik bizim mərkəzin müasir təchizatı xəstəliyin erkən mərhələlərində keratokonusun böyük faizini aşkar etməyə imkan verir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.11.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Абдулалиева Ф.И. 2015. МЕТОДЫ ДИАГНОСТИКИ КЕРАТОКОНУСА НА НАЧАЛЬНЫХ СТАДИЯХ РАЗВИТИЯ ЗАБОЛЕВАНИЯ. Azərbaycan Oftalmologiya Jurnalı. 19 (Nov. 2015), 32–39.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri