KERATOKONUSLU PASİENTLƏRDƏ HİBRİD LİNZALARIN TƏTBİQİ
Açar sözlər:
keratokonus, hibrid linzaXülasə
Məqsəd – keratokonuslu pasiyentlərin korreksiyasında hibrid linzaların tətbiqi.
Material və metodlar
Tədqiqata akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Eksimer lazer şöbəsinə 1 il ərzində müraciət edən 1-3-cü mərhələdə keratokonus diaqnozu qoyulmuş 36 göz daxil edilmişdir. Onlardan 20-i qadın, 8-i – kişi olmuşdur. Pasiyentlərin yaş həddi 18-50 arasında dəyişmişdir (orta yaş həddi 20±5). Müayinə üçün obyektiv və subyektiv müayinə metodları – biomikroskopiya, refraktometriya, tonometriya, keratotopqrafiya, Şirmer sınağı, görmə itiliyinin korreksiyasız və kontakt linzalarla korreksiyası ilə təyini tətbiq edilmişdir. Pasiyentlərə hibrid kontakt linzaların istifadəsi ilə (SynergyEyes, Ultrahealth, ABŞ) görmənin korreksiyası aparılmışdır.
Nəticə
Müşahidələrin nəticələrinə görə pasiyentlərdə keratometrik göstəricilər, sferik və silindrik parametrlər qiymətləndirilmişdir. Linza istifadəsi zamanı keratometrik dəyərlər azaldığından sferik və slindrik parametrlər əhəmiyyətli dərəcədə dəyişmişdir. Müayinə olunan 36 gözdən 15 gözdə – 1,0; 11 gözdə – 0,7; 7 gözdə – 0,6 görmə itiliyinə nail olunmuşdur.
Yekun
Aparılan müşahidələrimizdən göründüyü kimi, yumsaq Ultrahealth hibrid linzalarla korreksiya nəticəsində buynuz qisa üzərində sferik, hamar optik səth yaradıldığı üçün yüksək görmə itiliyi əldə edilir. Bu da eynəklərlə müqayisədə pasiyentlərin həyat və peşə fəaliyyətinin effettivıliyini artırmağa kömək edir. Belə ki, Ultrahealth hibrid linzalar, digər linzalardan fərqli olaraq, ən qabaqcıl hibrid kontakt linza olub, keratokonus xəstəliyindən əziyyət çəkən, irrequlyar corneası olan xəstələr üçün ideal seçimdir.