РЕЗУЛЬТАТЫ КРОССЛИНКИНГА РОГОВИЦЫ ПРИ КЕРАТОКОНУСЕ У ПАЦИЕНТОВ ДО 18 ЛЕТ

Авторы

  • Абдулалиева Ф.И.

Açar sözlər:

keratokonus, krosslinkinq, buynuz qişanın topoqrafyası

Xülasə

Məqsəd – keratokonuslu xəstələrdə krosslinkinqdən sonra funksional parametrlərinin dəyişikliklərinin dinamikada öyrənilməsi.

Material və metodlar
Tədqiqata Amsler təsnifatı üzrə II mərhələli proqressivləşən keratokonus forması ilə 18 yaşa qədər (orta hesabla 15,2±0,54 yaş) 30 xəstə (40 göz) daxil edilmişdir. Onlardan 9 qadın, 31 pasiyent kişi cinsindən olmuşdur. Bütün xəstələrdə buynuz qişanın seriyalı topoqrafk müayinələri və paximetrik göstəriciləri ilə sübut olunmuş xəstəliyin proqressivləşməsi müşahidə edilirdi. Bu tədqiqatda proqressivləşən keratokonuslu pasiyentlərdə dinamikada standart metodika üzrə buynuz qişa krosslinkinqinin keçirilməsindən sonra refraksiyanın, keratometriyanın, topoqrafk və aberrometrik göstəricilərin dəyişiklikləri qiymətləndirilmişdir.

Nəticə və onların müzakirəsi
Əməliyyatdan sonrakı erkən dövrdə, demək olar ki, bütün tədqiq edilən göstəricilərin pisləşməsi müşahidə olunurdu. Buna baxmayaraq, dinamikada əməliyyatdan sonra 24 aya qədər göstəricilərin əksəriyyətinin tədricən yaxşılaşması müşahidə olunurdu. Keratometriyanın, refraktometriyanın, ümumi və buynuz qişa aberrometriyasının və buynuz qişa indeksləri göstəricilərinin əhəmiyyətli enməsi krosslinkinqdən sonra ektaziyalı buynuz qişanın yastılanmasını təsdiq edir. Artıq əməliyyatdan sonra müşahidənin ilk 6 ayı ərzində sferik və silindrik refraktokeratometrik göstəricilərin əhəmiyyətli dərəcədə enməsi (p < 0,05), korreksiya olunmamış və korreksiya olunmuş görmə itiliyi göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması qeyd olunurdu (p < 0,05).

Yekun
Yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alaraq, buynuz qişa krosslinkinqi əməliyyatının vaxtında yerinə yetirilməsi, nəinki keratoplastikanın keçirilməsi ehtiyacını aradan qaldıra, hətta funksional nəticələri yaxşılaşdıra bilər. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Абдулалиева Ф.И. 2015. РЕЗУЛЬТАТЫ КРОССЛИНКИНГА РОГОВИЦЫ ПРИ КЕРАТОКОНУСЕ У ПАЦИЕНТОВ ДО 18 ЛЕТ. Azərbaycan Oftalmologiya Jurnalı. 17 (May 2015), 36–42.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri