СРАВНЕНИЕ ПАРАМЕТРОВ РОГОВИЦЫ НА ШЕЙМПФЛЮГ КАМЕРЕ У ПАЦИЕНТОВ С КЕРАТОКОНУСОМ И ПАЦИЕНТОВ С КРУТОЙ РОГОВИЦЕЙ
Açar sözlər:
keratokonus, Şeympfyuq kamera, buynuz qişanın paximetriyası, Ambrosio paximetrik indeksləriXülasə
Keratorefraksion cərrahiyyə üçün pasiyentlərin seçimi zamanı mühüm etap keratokonusun subklinik mərhələdə aşkarlanmasıdır.
Məqsəd – Şeympfyuq kameranın tətbiqi vasitəsiylə buynuz qişanın keratometrik və paximetrik göstəricilərini təhlil etmək, həmçinin paximetrik proqressiya indeksinin (pachymetric progression indices – PPI) və Ambrosio parametrləri göstəricilərinin (Ambrosio relational thickness – ART) buynuz qişanın keratokonus ilə və sərt keratometrik göstəriciləri ilə differensial diaqnostikasını öyrənmək. Tədqiqat ilk dəfə qafqaz populyasiyasında aparılır.
Material və metrodlar
Tədqiqat işinə 85 iştirakçı daxil olunub. Onlardan əsas qrupu 49 keratokonus ilə pasiyent və nəzarət qrupunu – 36 sağlam şəxs təşkil etmişdir. İştirakçıların orta yaş həddi əsas qrupda 23,77±7,67, 12-55 yaş arası; nəzarət qrupunda isə - 23,19 ± 4,52, 18-38 yaş arası təşkil etmişdir. Tədqiqat işinə OCULUS Pentacam HR (Oculus, Germany) Şeympfyuq kamerada skandan sonra pasiyentlər daxil edilmişdir. Buynuz qişa parametrləri, eləcə də PPİ və ART paximetrik indekslər, keratokonusun və yüksək keratometrik göstəricilərlə sağlam gözlərin differensiasiyasında əlavə tədqiqatlar kimi istifadə edilmişdir.
Nəticə
Əsas və nəzarət qrupunda keratometriya və paximetriya göstəriciləri arasında əhəmiyyətli fərq aşkar olunduğu zaman, mərkəzi astiqmatizm (ön və arxa), maksimal keratometriya və ön kamera bucağı qüymətlərində əhəmiyyətli fərq aşkar edilməmişdir. Tədqiq edilən iki qrup arasında PPİ və ART parametrlərinin müqayisəsi zamanı əhəmiyyətli fərq (р <0,05) aşkar edilmişdir, buynuz qişanın minimal əyrilik parametrləri istisna olmaqla (р = 0,792).
Yekun Şeympfyuq kamerada pasiyentlərin müayinəsi I dərəcəli keratokonus və yüksək keratometrik göstəricilərlə sağlam buynuz qişa arasında differensial diaqnostikanın keçirilməsinə imkan yaradır.