AZƏRBAYCANDA KERATOPLASTİKA XİDMƏTLƏRİNİN İNKİŞAFINDA MİLLI GÖZ BANKININ ROLU
DOI
https://doi.org/10.71110/ajo791020261801567587Açar sözlər
bülloz keratopatiya, endotel hüceyrə, donor buynuz qişa, keratoplastika, göz bankıXülasə
Məqsəd –Azərbaycanda keratoplastika göstərişlərini, cərrahi dinamikanı və idxal olunmuş donor toxumalarının keyfiyyət göstəricilərini təhlil edərək Milli Göz Bankının yaradılmasının zəruriliyini qiymətləndirmək.
Material və metodlar
2008-2024-cü illər ərzində keratoplastika əməliyyatlarının göstərişləri və cərrahi texnikaları təhlil edilmişdir. 2018-2025-ci illər arasında ABŞ-dan idxal edilmiş 272 donor buynuz qişanın (BQ) demoqrafik göstəriciləri, vaxt intervalları və endotel hüceyrə sıxlığı (EHS) retrospektiv olaraq qiymətləndirilmişdir.
Nəticələr
2022-ci ildə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və filiallarında 3659 BQ patologiyası qeydə alınmışdır. Ən çox rast gəlinən göstərişlər afakik və psevdofakik bülloz keratopatiya (ABK/PBK) (24,5%) və keratokonus (19,6%) olmuşdur. İdxal edilmiş donor BQ-nın orta donor yaşı 60,2 ± 1,2 il və orta EHS 2602 ± 35,5 hüceyrə/mm2 olmuşdur. Donor BQ konservasiya-cərrahiyyə intervalı 11,2±0,17(4-14) gün təşkil etmişdir. Bütün göstəricilər beynəlxalq standartlara uyğun olsa da, saxlanma müddətinin uzunluğu endotel hüceyrələrinin kumulyativ itkisinə səbəb ola bilər.
Yekun
Azərbaycanda keratoplastika xidmətlərinin davamlı və keyfiyyətli inkişafı üçün Milli Göz Bankının yaradılması klinik və strateji zərurətdir.





