ОТДАЛЁНЫЕ РЕЗУЛЬТАТЫ ЭНДОТЕЛИАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ НА ГЛАЗАХ С ЭНДОТЕЛИАЛЬНОЙ ДИСФУНКЦИЕЙ
Açar sözlər:
Endotelial keratoplastika, DSEK, DSAEK, endotelial disfunksiya (ED), Fuks distrofiyasıXülasə
Məqsəd. Endotelial keratoplastika (DSEK və DSAEK) olunmuş 27 gözdə nəticələri tədqiq etmək.
Material və metodlar
Müxtəlif etiologiyalı endotelial disfunksiyası olan, DSEK və DSAEK əməliyyatı
planlaşdırılan 26 xəstənin 27 gözü bu tədqiqata daxil edilmişdir. Hər xəstəyə transplantasiya üçün hüceyrə sayı
>2770 hüc/mm2 olan sağlam donor buynuz qişası nəzərdə tutulmuşdur. Göstərişlər, əməliyyat zamanı problemlər
və əməliyyatdan sonrakı ağırlaşmalar qeyd edilmişdir. Korreksiya olunmuş görmə itiliyi (KOGİ), buynuz qişanın
mərkəzi qalınlığı (BMQ) və endothelial hüceyrə sıxlığı (EHS) hər xəstə üçün analiz edilmişdir.
Nəticələr
Əməliyyata əsas göstəriş 3gözdə (11.1%) buynuz qişa ödemi və 21 gözdə (77.8%) psevdofakik
bulyoz keratopatiya idi. İki xəstədə (7.4%) ağır dərəcəli Fuks distrofiyası ilə katarakta olduğundan, onlarda DSEK
fakolemulsifikasiya və arxa kapsulaya İOL implantasiyasl ilə kombinə edilmişdir. Bir il sonra KOGİ 23 (85.1%)
hallarda 0.4 və daha yaxşı olmuşdur. Cərrahi induksiya olunmuş astiqmatizm <2.0 D idi. BMQ və EHS müvafiq
olaraq 621.04 ± 99.96 pm və 2139 ± 377.45/mm2 idi. On iki ay sonra orta endothelial hüceyrə itkisi 37.3 ± 7.64%
(interval: 31.9-42.7%) idi. Bir gözdə (3.7%) donor lentikulun dislokasiyası baş vermişdir. Toxuma tutmamazlığı 2
gözdə (7.4%) müşahidə edilmişdir.
Yekun
Endotelial keratoplastika endotelial disfunksiyası olan xəstələrdə təhlükəsiz və effektiv əməliyyat
olmaqla ümidverici cərrahi və görmə nəticələrinə malikdir.