11-ЛЕТНИЙ ОПЫТ ИМПЛАНТАЦИИ РОГОВИЧНЫХ СЕГМЕНТОВ В ЛЕЧЕНИИ ПРОГРЕССИРУЮЩИХ КЕРАТЭКТАЗИЙ

Авторы

  • Измайлова С.Б.
  • Зимина М.В.
  • Семыкин А.Ю.
  • Комарова О.Ю.
  • Пронкина С.А.

Açar sözlər:

keratektaziyalar, buynuz qişa seqmentləri, intrastromal keratoplastika, femtolazer müşayiət

Xülasə

Məqsəd - keratektaziyalann (KE) tipi və buynuz qişa tonnellərinin formalaşdırılması müxtəlif texnikaların
tətbiqi nəzərə alınaraq, ayrı-ayrı genezli proqressivləşən KE ilə pasiyentlərdə buynuz qişa seqmentlərinin
implantasiyasının uzaq nəticələrinin təhlili.

Material və metodlar
Kliniki tədqiqatlar buynuz qişa seqmentlərinin implantasiyası ilə intrastromal keratoplastika (İSKP) icra edilmiş
müxtəlif genezli KE ilə 2630 pasiyentin kliniki-funksional vəziyyətinin təhlilinə əsaslanmışdır. Klassik mexaniki
İSKP 535 halda, dərəcələrə bölünmüş vakuum halqanın (DBVH) tətbiqi - 1273 halda, femtolazer müşayiət (FLM)
- 821 halda aparılmışdır. Keratokonus diaqnozu 2338 gözdə (88,9%) təyin edilmişdir, onlardan xəstəliyin II
mərhələsi - 1426 gözdə (54,2%), III mərhələsi - 912 gözdə (34,7%); şəffaf marginal degenerasiya (ŞMD) - 224
gözdə (8,5%), LAZİK-dən sonra ikincili keratektaziya - 68 gözdə (2,6%) olmuşdur. Gözlərin qruplara bölünməsi
simmetrik və assimetrik KE mövcudluğu, implantasiya edilən buynuz qişa seqmentlərinin sayı və buynuz qişa
tonnelinin formalaşdırılması texnikasına müvafiq olaraq aparılmışdır.

Nəticə
Simmetrik (iki buynuz qişa seqmentinin implantasiyası ilə) və assimetrik (bir buynuz qişa seqmetinin
implantasiya ilə) KE qruplarında korreksiya olunan və korreksiya olunmayan görmə itiliyinin artması, sferik və
silindrik refraksiya komponentlərinin azalması, həmçinin keratotopoqrafiya məlumatlarına görə ektaziya sahəsinin
azalması qeyd edilmişdir. İki buynuz qişa seqmentinin implantasiyası ilə assimetrik KE qrupunda əməliyyatdan
sonrakı uzaq dövrdə korreksiya olunan və korreksiya olunmayan görmə itiliyi göstəricilərinin enməsi, eləcə də
refraksiyanın güclənməsi müşahidə edilmişdir. Buynuz qişa tonnelinin formalaşdırılması üçün əlavə qurğuların istifadəsi (DBVH və FLM) klassik texnologiyaların istifadəsi zamanı olduğu kimi intra- və əməliyyatdan sonrakı
fəsadların azalmasına şərait yaratmışdır. DBVH və FLM tətbiq olunaraq buynuz qişa seqmentlərinin implantasiyası
ilə İSKP kliniki-funksional nəticələri müqayisə edilə bilinir, cərrah və pasiyent üçün əməliyyatın aparılmasını
asanlaşdırır və cərrahi müdaxilə vaxtının azaldılmasına şərait yaradır.

Yekun
Müxtəlif genezli proqressivləşən keratektaziyalann müalicəsində buynuz qişa seqmentlərinin implantasiyasının
11-illik təcrübə hazırki cərrahi müdaxilə növünün yüksək effektivliyini sübut etmişdir. Seçim meyarlarına dəqiq
riayət edilmə və cərrahın professionalizmi kifayət qədər təhlükəsizliyin rəhnidir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.08.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Измайлова С.Б. et al. 2018. 11-ЛЕТНИЙ ОПЫТ ИМПЛАНТАЦИИ РОГОВИЧНЫХ СЕГМЕНТОВ В ЛЕЧЕНИИ ПРОГРЕССИРУЮЩИХ КЕРАТЭКТАЗИЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 27 (Aug. 2018), 39–46.