SIMPLE LIMBAL EPITHELIAL TRANSPLANTATION (SLET): REVIEW OF INDICATIONS, TECHNIQUE, MECHANISM, OUTCOMES AND IMPACT (LITERATURE REVIEW)

Авторы

  • Di Zazzo A.

Açar sözlər:

sadə epitelial limbal transplantasiya, kultivasiya edilən limbal epitelial transplantasiya, konyunktival limbal autotransplantat, limbal kök hüceyrələrinin çatışmazlığı, kimyəvi yanıq

Xülasə

Sadə epitelial limbal transplantasiya (SELT) metodikasının klinik effektivliyi hal-hazrda adekvat
uzunmüddətli müşahidə müddəti ilə aparılan böyük tədqiqatlarda əsaslı qaydada sübuta yetirilmişdir [6-
8]. Həmçinin, SELT aparılmasından sonra buynuz qişanın üzərində limbal kök hüceyrələrinin (LKH)
persistensiyası göstərilmişdir [6], və bu zaman buynuz qişanın epitel qatının sağalması mexanizmi ətraflı
tədqiq edilmişdir [22]. SELT, KLAT (konyunktival limbal autotransplantat) yaxud kultivasiyalı limbal epitelial
transplantasiya (KLET) metodikalarının bilavasitə nəticələrinin müqayisəsi üzrə heç bir randomizasiya
olunmuş, nəzarət edilən tədqiqatın indiyə kimi dərc edilməməsinə baxmayaraq, SELT üsulunun digərlərdən
üstünlükləri bəllidir. Məhdud vasitələr şəraitində KLET üsulunun seçimi daha çox nəzəri hesab olunur,
və buynuz qişa üzərində çalışan cərrahın seçimi əsasən KLAT və SELT arasında aparılır. SELT zamanı
limbal toxumanın parçasının alınması saat əqrəblərinin bir radələrində mümkün olduğu halda, KLAT
zamanı limbin üç - altı saat zonasında mümkünlüyünü nəzərə alaraq, seçim asandır. Buna baxmayaraq,
anlamaq lazımdır ki, həm limbal, həm də konyunktival hüceyrələrinin çatışmazlığı ilə müşayiət olunan
ağır simblefaron hallarında təkcə SELT üsulu effektiv deyil, nəticə etibarilə həm limbal kök hüceyrələrinin
transplantasiyası (LKHT) metodikasına, həm də konyunktivanın transplantasiyasına ehtiyac yaranır. Məhz
bu hallarda SELT və KLAT (mini-KLAT kimi modifikasiya olunmuş) üsulları kombinasiya oluna bilərlər
[25]. KLAT üsulunun, SELT metodikası ilə müqayisədə, üstünlüyü ola biləcək digər istisna hallarına
konyunktivanın, limbin və buynuz qişanın köçürülməsini tələb edən kompleks rekonstruksiya hadisələri
aiddir. Bu zaman buynuz qişanın transplantatı immunoloji ayırma yüksək riskinə məruz qalır, və ehtimal
olunur ki, gələcəkdə onun dəyişdirilməsinə zərurət yarana bilər, bu səbəbdən, KLAT metodikasında olduğu
kimi, limbal transplantatın onun anatomik yerində, yəni buynuz qişanın arxasında yerləşdirilməsi, SELT
ilə müqayisədə, daha əlverişli ola bilər, çünki SLET zamanı buynuz qişanın transplantatının dəyişdirilməsi
hallarında limbal transplantatlar itirilmiş olacaq.
SELT metodikasının meydana çıxması ilə buynuz qişa üzərində çalışan cərrahların, xüsusilə inkişaf edən
ölkələrdə kimyəvi yanıqlar səbəbindən birtərəfli limbal kök hüceyrələrinin çatışmazlığı (LKHÇ) yükünü daşıyan
cərrahların fəaliyyəti xeyli asanlaşmışdır [2]. Əməliyyatın icra edilməsi texnikasına yiyələnmə prosesi nisbətən
qısa zaman çərçivəsində mümkündür və gözün ön hissəsində əməliyyatlar zamanı təcrübəsiz olan cərrahlar tez
bir zamanda təcrübəli cərrahlarla eyni nəticələri əldə edə bilərlər [6]. Metodikaya yiyələnmə prosesinin asan
olması SELT üsulunun okuloplastik cərrahlar kimi digər ixtisaslara da yayılmasına imkan yaratmışdır, bu zaman
cərrahlar həmin metodikanı həm müalicə ünün, həm də gözün ön hissəsinin skvamoz neoplaziyasının (GÖHSN)
götürülməsindən sonra LKHÇ qarşısının alınması üçün uğurla adaptasiya etmişdirlər, əks halda LKHT məruz
qalardı [10,11]. SELT üsulunun bu cür etibarlılığı və yiyələnmə qabiliyyəti həmçinin müxtəlif coqrafi bölgələrdən
olan cərrahlar tərəfindən aparılan böyük tədqiqatların sabit nəticələrində də göstərilmişdir [6-8].
SELT üsulunu in vivo KLET üsulu kimi qiymətləndirmək olar, və bu zaman hüceyrələrin bölünməsi toxuma
becərilməsi üçün reagent kimi istifadə edilən təbii mühitin, böyümə amillərinin və göz yaşının iştirakı ilə Petri
kasası əvəzinə gözün səthində baş verir. SELT üsulu KLET metodikasının əsas doqmasını təsdiq edir ki, limb
toxumasının saat əqrəbinin bir istiqamətindəki parçası buynuz qişasının səthinin bütövlükdə bərpa olunması
üçün kifayət edir. Təəccüblü deyil ki, SELT üsulunu işləyib hazırlayan cərrahlar həmin fikirə gəlmək üçün KLET
metodikasının icra edilməsinə təxminən on il sərf etmişdirlər [26]. Buna baxmayaraq, SELT üsuluna meydan oxuyan
iki paradiqmalar mövcuddur - limbal çuxura buynuz qişanın üzərinə yerləşdirilən LKH aqibəti və buynuz qişanın
epitel qatının zədələnmələrinin sağalma modeli. SELT üsulunda ayrı-ayrı hissələrin konyunktival komponenti
olmadığından epitelial hüceyrələr hər tərəfdən bölünür, bu isə buynuz qişanın sürətli epitelizasiyası ilə nəticələnir,
buynuz qişanın sıyrıntıları zamanı fizioloji olaraq və KLAT üsulundan sonra müşahidə olunan periferik, sonra
isə mərkəzəqaçan şəkildə sağalma ilə müqayisədə [27,28]. SELT həmçinin bizə sübut etmişdir ki, limbdə bu cür
unikal kök hüceyrələrinin kəşf edilməsindən sonra otuz ilə yaxın keçməsinə baxmayaraq, ümumilikdə gözün ön
hissəsinin fiziologiyası və xüsusilə LKH haqqında məlumatımız olduqca azdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

30.12.2019

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Как цитировать

[1]
Di Zazzo A. 2019. SIMPLE LIMBAL EPITHELIAL TRANSPLANTATION (SLET): REVIEW OF INDICATIONS, TECHNIQUE, MECHANISM, OUTCOMES AND IMPACT (LITERATURE REVIEW). Azərbaycan Oftalmologiya Jurnalı. 30 (Dec. 2019), 104–112.