ОЦЕНКА ВЛИЯНИЯ САХАРНОГО ДИАБЕТА НА ПАРАМЕТРЫ РОГОВИЦЫ, ОСНОВАННАЯ НА ПОКАЗАТЕЛЯХ ШЕЙМПФЛЮГ КАМЕРЫ

Müəlliflər

  • Гусейнова Т.С.
  • Гальбинур Т.П.
  • Абдуллаев А.А.
  • Рагимзаде А.Р.
  • Оруджоглу Ф.О.

Açar sözlər

Scheimpfug kamera, scheimpfug ölçmələr, şəkərli diabet

Xülasə

Məqsəd – Şeympfüq kamerası vasitəsilə ölçülən buynuz qişa parametrlərini şəkərli diabet xəstələri ilə sağlam nəzarət qrupu arasında müqayisə aparmaqdır.

Material və metodlar
Tədqiqata 25 diabetik xəstə (13-ü qadın,12-si kişi) və 25 sağlam pasiyent (10-u qadın,15-i kişi) cəlb olunmuşdur. Diabetik və nəzarət qrupu olmaqla 2 qrup ayırd edilmişdir. Şeympfüq kamera vasitəsilə çəkilmiş buynuz qişanın mərkəzi qalınlığı (BQMQ), keratometriya dəyərləri (K orta və K maksimal), buynuz qişanın həcmi (BQH), ön kameranın dərinliyi (ÖKD), ön kameranın həcmi (ÖKH), buynuz qişanın ön və arxa diklik göstəriciləri, şaquli asimmetriya, yerüstü dispersiya, mərkəzi keratokonus indeksi, hündürlük asimmetriyası, dikliyin mərkəzdən qaçma indeksi, minimum radius indeksi Pentagam göstəricilərinə baxılmışdır. Həmçinin endotel hüceyrə sayı (EHS) da qeyd olunmuşdur. Alınan nəticələr qiymətləndirilmiş və 2 qrup arasında müqayisə edilmişdir.

Nəticə
Kmaks (P=0.03) və minimum radius RM (P=0.04) parametrlərinin qruplar arasında fərqinə görə diabetik qrupdakı buynuz qişalar əhəmiyyyətli dərəcədə daha dikdir. Digər göstəricilərdə buynuz qişanın məkəzi qalınlığı (BQMQ), ÖKD, ÖKH, Korta, BQH, ön-arxa diklik, EHS və buynuz qişanın variasiya parametrləri arasında heç bir statistik əhəmiyyətli fərq yoxdur.

Yekun
Şeympfüq kamera vasitəsilə çəkilən buynuz qişanın keratometriya və radius göstəricilərinə şəkərli diabet təsir edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

15.08.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Гусейнова Т.С. et al. 2015. ОЦЕНКА ВЛИЯНИЯ САХАРНОГО ДИАБЕТА НА ПАРАМЕТРЫ РОГОВИЦЫ, ОСНОВАННАЯ НА ПОКАЗАТЕЛЯХ ШЕЙМПФЛЮГ КАМЕРЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 18 (Aug. 2015), 36–41.
Article Footer

Oxşar məqalələr

1-10 : 77

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.