ИЗУЧЕНИЕ ДЕЙСТВИЯ УЛЬТРАЗВУКА ПРИ ФАКОЭМУЛЬСИФИКАЦИИ КАТАРАКТЫ НА МОРФОФУНКЦИОНАЛЬНОЕ СОСТОЯНИЕ ЭНДОТЕЛИЯ РОГОВИЦЫ
Açar sözlər:
fakoemulsifkasiya, katarakta, endotel, ultrasəsXülasə
Məqsəd – kataraktanın fakoemulsifkasiyası zamanı aşağı sıxlığa malik buynuz qişa endotelinin morfofunksional vəziyyətinin nəticələrinə ultrasəsin təsirinin öyrənilməsi.
Material və metodlar
Hazirki tədqiqata üzərində kataraktanın fakoemulsifkasiyası aparılan 102 göz (96 xəstə) daxil edilmişdir. Endotelial hüceyrələrə ultrasəsin təsirinin erkən və uzaq nəticələri öyrənilmişdir. Müqayisə olunan qrupların yaş, cins, görmə itiliyi və kataraktanın yetişmə dərəcəsinə görə xarakteristikası verilmişdir. Fakoemulsifkasiyanın endotelial hüceyrələrə təsirini müqayisəli öyrənmək üçün xəstələr büllurun biomikroskopik xüsusiyyətlərinə görə qruplara bölünüb.
Nəticələr və onların müzakirəsi
Əməliyyatdan sonraki erkən dövrdə (3 aya qədər ) endotelial mozaikanın polimeqatizm və poleomorfzm şəklində nəzərə çarpan keyfyyət dəyişikliyi qeyd olunur. Cərrahiyyədən 6 ay sonra endotelial mozaikanın normallaşması baş verir. Tədqiqat göstərir ki, I və II qruplarda endotelial hüceyrə itkisi III və IV digər qruplarda nisbətən az olmuşdur. Yüksək sərtliyə malik olan kataraktalarda endotelial hüceyrə itkisi IV qrupda-13,9 % təşkil etmişdir. Ən yüksək endotelial hüceyrə itkisi III qrupda müşahidə olunmuşdur ki, bu da 18,1% təşkil etmişdir. Şəkərli diabet, qlaukoma, uveit fonunda fəsadlı katarakta olan pasiyentlərdə endotelial hüceyrələrin sıxlığı aşagı olmuşdur, orta hesabla 2180±36,0 h/mm² təşkil etmişdir. Qocalıq kataraktası olan pasiyentlərdə bu rəqəm orta həsabla 2364±43,5 h/mm² təşkil etmişdir. Endotelial hüceyrə itkisinin əsas səbəbləri içində büllurun sərtliyi birinci yerdə tutur (r-0,68), növbəti yerdə ultrasəsin gücü (r =0.57), ultrasəsin iş müddəti (r=0.43), irriqasion məhlulun həcmi (r-0,54) durur.
Yekun
Korrelyasion analiz göstərir ki, büllurun sərtliyi, xəstənin yaşı, ultrasəsin gücünün və müddətinin irriqasion məhlulun həcminin cərrahi əməliyyatdan sonraki dövrdə endotelial hüceyrələrinin itkisinin əsas səbəblərindəndir. Eləcə də oftalmotonusdan, ilkin endotel hüceyrələrinin miqdarından və keyfyyətindən asılıdır. Endotel hüceyrələrinin güzgülü mikroskopiyasının nəticəsinə əsasən hüceyrələrin heksaqonal forması energetik nöqteyi nəzərdən daha əlverişlidir. Belə ki, hüceyrə daha az perimetrə malikdir və termodinamika baxımından daha stabildir. Bu faktor heksaqonal hüceyrələri xarici faktorlara qarşı poliqonal quruluşlu hüceyrələrə nisbətən daha davamlı edir. Bu səbəbdən pasiyentlərin bir qismində əməliyyatdan öncə aşkar edilmiş endotelial hüceyrələrin morfoloji dəyişikliyi əlverişsiz proqnoza malikdir.