ИНТРАСТРОМАЛЬНАЯ КЕРАТОПЛАСТИКА С ИМПЛАНТАЦИЕЙ СЕГМЕНТОВ КАК ВОЗМОЖНОСТЬ РЕМОДЕЛИРОВАНИЯ ИЗМЕНЕННОЙ РОГОВИЦЫ ПРИ АСИММЕТРИЧНЫХ КЕРАТЭКТАЗИЯХ РАЗЛИЧНОГО ГЕНЕЗА

Авторы

  • Тахчиди Х.П.
  • Измайлова С.Б.
  • Авраменко С.А.

Xülasə

Məqsəd: Müxtəlif mənşəli asimmetrik keratektaziyalarm müalicəsində ən çox ektaziya olan zonaya bir
seqmentin implantasiyası ilə intrastromal keratoplastika üsulunun effektivliyinin öyrənilməsi.

Material və metodlar
Bu üsulla 70 xəstə (73 göz) əməliyyat olunmuşdur, onlardan, Amslera görə II və III
dərəcəli keratokonusu (68 göz), buynuz qişanın şəffaf qıraq degenerasiyası (4 göz), LASİK-dən sonra ikincili
ektaziya (6 göz), posttravmatik ektaziya (2 göz), SSKP sonra ikincili ektaziya (3 göz). Əməliyatdan əvvəl və
sonra standart müayinələr aparılmışdır: vizometriya, refraktometriya, Confoscan 4 konfokal mikroskopda buynuz
qişanın histomorfologiyası, ön kameranın dərinliyinin və buynuz qişanın qalınlığının müayinəsi, buynuz qişanın
sınıq qüvvəsi və topoqrahyası. Orta hesabla aşağıdakı göstəricilər alınmışdır: korreksiyasız görmə itiliyi 0,06±0,02;
maksimal korreksiya ilə 0,2±0,1, sferekvivalent -56,9±0.39D, silindrik komponent 4.2±1.1D, keratometriya
51,5±0,5D, ektaziya zonasında refraksiya 58.2±0,2D, mərkəzdə buynuz qişanın qalınlığı 411±16 mkm. Bütün
xəstələrə ən çox ektaziya olan zonaya bir seqmentin implantasiyası ilə intrastromal keratoplastika aparılmışdır. Bu
əməliyyatın texnikasının fərqi ondadır ki, müəlliflər tərəfindən təklif olunmuş yeni devays - dərəcələrə bölünmüş
vakuum halqanın tətbiqi ilə aparılır. Seqmentlər PMMA-dan hazırlanmış, qalınlığı 150 mkm, uzunluğu 160°,
kəsiyi yarımkürə şəklində, daxili və xarici diametr müvafiq olaraq 5.0 və 5.6 mm. İmplantasiya ən çox ektaziya
zonasında buynuz qişanın qalınlığının 80% bərabər dərinliyində aparılır.

Nəticələr
Əməliyyatdan sonrakı dövrdə bütün xəstələrdə görmənin yaxşılaşması qeyd olunmuşdur. Aparılmış
tədqiqatlardan sonra orta hesabla aşağıdakı göstəricilər alınmışdır: KGI 0,4±0,14; maksimal korreksiya ilə
0,6±0,15, sferekvivalent -3,5±0.15D, silindrik komponent -1.5±0.2D, keratometriya 46.5±0,1D, ektaziya zonasında
refraksiyanın gücü 46.5±0,5D, mərkəzdə buynuz qişanın qalınlığı 440±11 mkm.

Yekun
Alınmış nəticələrə əsasən ehtimal etmək olar ki, implant edilmiş seqment buynuz qişanın kollagen
liflərinin yenidən modelləşdirmə və onlara daha düzgün formanın verilməsi alətini özündən təşkil edir. Beləliklə,
mexaniki olaraq ektaziyalı buynuz qişanı gücləndirən ikinci limb alınır, yəni seqment ortopedik funksiya daşıyır.
Alınmış nəticələrə əsasən müxtəlif mənşəli asimmetrik keratektaziyalarm müalicəsində ən çox ektaziya olan
zonaya bir seqmentin implantasiyası ilə intrastromal keratoplastika üsulunun aparılması tövsiyyə olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.06.2010

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Тахчиди Х.П. et al. 2010. ИНТРАСТРОМАЛЬНАЯ КЕРАТОПЛАСТИКА С ИМПЛАНТАЦИЕЙ СЕГМЕНТОВ КАК ВОЗМОЖНОСТЬ РЕМОДЕЛИРОВАНИЯ ИЗМЕНЕННОЙ РОГОВИЦЫ ПРИ АСИММЕТРИЧНЫХ КЕРАТЭКТАЗИЯХ РАЗЛИЧНОГО ГЕНЕЗА. Azərbaycan Oftalmologiya Jurnalı. 3 (Jun. 2010), 83–88.