DİABETİK RETİNOPATİYA SKRİNİNQİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ SÜNİ İNTELLEKTİN İSTİFADƏSİ

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020251704556168

Açar sözlər

diabetik retinopatiya, süni intellekt, diaqnostika, skrininq, sinir şəbəkələri

Xülasə

Məqsəd – diabetik retinopatiyanın və onun simptomlarının aşkarlanmasında "Retina AI" süni intellekt sisteminin diaqnostik effektivliyini qiymətləndirmək.

Material və metodlar
Tədqiqat 2025-ci ilin birinci rübü ərzində Sırdərya vilayətinin mərkəzi çoxprofilli poliklinikalarının bazasında aparılmışdır. Tədqiqata xəstəlik müddəti 5 il və daha çox olan, müəyyən edilmiş şəkərli diabet diaqnozu olan (1-ci və ya 2-ci tip) 250 pasiyent ardıcıl şəkildə daxil edilmişdir.

Nəticələr
“Retina AI” sistemi ilkin tibbi yardım həkimləri ilə müqayisədə statistik cəhətdən daha yüksək həssaslıq (94,7% - ə qarşı 72,8%) və dəqiqlik (93,5% - ə qarşı 77,5%) nümayiş etdirmişdir. Spesifiklik göstəricisindəki fərq də həmçinin statistik əhəmiyyət kəsb etmişdir (91,3% - ə qarşı 85,0%). “Retina AI” sisteminin mütəxəssislərlə Kappa uyğunluq nisbəti 0,88 təşkil etmişdir ki, bu da "çox yaxşı" uyğunluq göstəricisidir.

Yekun
"Retina AI" süni intellekt sistemi Sırdərya vilayətindəki pasiyentlər arasında diabetik retinopatiyanın skrininqində yüksək effektivliyini sübut edərək, əsas diaqnostik dəqiqlik göstəricilərinə görə ilkin tibbi yardım həkimlərinin qiymətləndirməsini geridə qoymuşdur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

14.01.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Yusupov A.F. et al. 2026. DİABETİK RETİNOPATİYA SKRİNİNQİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ SÜNİ İNTELLEKTİN İSTİFADƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 55 (Jan. 2026), 61–68. DOI:https://doi.org/10.71110/ajo791020251704556168.
Article Footer

Oxşar məqalələr

41-50 : 153

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.