СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА ТОЛЩИНЫ СЛОЯ НЕРВНЫХ ВОЛОКОН СЕТЧАТКИ (СНВС) В РАЗНЫХ ВОЗРАСТНЫХ ГРУППАХ В ПОПУЛЯЦИИ CAUCASIAN (ЭТНИЧЕСКИХ АЗЕРБАЙДЖАНЦЕВ) ПОСРЕДСТВОМ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ

Авторы

  • Эфендиева М.Э.

Açar sözlər:

torlu qişa sinir lifi qatının qalınlığı, OKT, Caucasian

Xülasə

Məqsəd. Retrospektiv olaraq optik koherent tomoqrafiya (Stratus 3000) vasitəsilə etnik azərbaycanlılar
(Caucasian) arasında torlu qişa sinir lifi qatının qalınlığının qiymətləndirilməsi.

Material və metodlar
Retrospektiv olaraq 5-78 yaş arasında etnik azərbaycanlı (Caucasian) olan 139 pasient
(277 göz) arasında torlu qişa sinir lifi qatının qalınlığının (TSLQ) qiymətləndirilməsi aparılmışdır. Onlardan 74
qadın, orta yaş həddi 38,6±2,1, 65 isə kişidir, orta yaş həddi 34,5±2,8 . Tədqiqata optik koherent tomoqrafiya
(Stratus OCT 3000 Software v.4.0.2; Carl Zeiss Meditec, Ine., Dublin, CA) vasitəsilə 277 gözdə aparılmış «RNFL
Thickness Average Analysis Report», 3.4 mm scan protocol daxil edilmişdir. Bütün müayinələr 2002-2010 illər
arasında aparılmışdır. Nəticələr statistik olaraq Student və Wilcoxon üsulları ilə işlənilmişdir.

Nəticələr
Gender üzrə torlu qişa sinir lifi qatının qalınlığının qiymətləndirilməsi statistik etibarlı deyildir.
Maraqlısı o idi ki, 31-60 yaş arasında olan yaş qruplarında (31-40; 41-50; 51-60) yaşla bağlı TSLQ qalınlığının
statistik əhəmiyyətli dərəcədə incəlməsi müşahidə edilmirdi.
Lakin 1-30 yaş arasında olanyaş qruplarında (1-10; ll-20;21-30) mühüm incəlmə aşağı (pl;p2 <0,01); yuxarı
(p2; p3 <0,01); gicgah (pl <0,01)kvadrantlarında və TSLQ qalınlığında (pl <0,05; p2 <0,01)müşahidə edilirdi.
Eyni zamanda statistik əhəmiyyətli dərəcədə incəlmə (61-70; 71-80) yaş qruplarında aşağı (p6 <0,01); yuxarı (p6
<0,001); burun(p6 <0,01; p7 <0,05); gicgah(p6 <0,05) kvadrantlarında və TSLQ qalınlığında (p6 <0,001) müşahidə
edilirdi. Bunu da qeyd etmək lazımdır ki, 61-70 yaş arasında olan yaş qrupunda incəlmə bütün kvadrantlarda idi.

Yekun
Yaşla bağlı TSLQ qalınlığının əhəmiyyətli dərəcədə incəlməsi 1 - 30 və 61 - 80 yaş arasında müşahidə
edilirdi, 31-60 yaş arasında TSLQ qalınlığının statistik əhəmiyyətli dərəcədə incəlməsi müşahidə edilmirdi.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.12.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Эфендиева М.Э. 2013. СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА ТОЛЩИНЫ СЛОЯ НЕРВНЫХ ВОЛОКОН СЕТЧАТКИ (СНВС) В РАЗНЫХ ВОЗРАСТНЫХ ГРУППАХ В ПОПУЛЯЦИИ CAUCASIAN (ЭТНИЧЕСКИХ АЗЕРБАЙДЖАНЦЕВ) ПОСРЕДСТВОМ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 13 (Dec. 2013), 52–57.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>