VİTREORETİNAL ƏMƏLİYYATLAR ZAMANI VƏ ƏMƏLİYYATDAN SONRAKİ ƏN YAXIN DÖVRDƏ YARANAN FƏSADLARIN PROFİLAKTİKASINDA ANESTEZİYANIN ROLU (ƏDƏBİYYAT İCMALI)

Авторы

  • Haqverdiyev F.T.

Açar sözlər:

stress hormonlar, vitreoretinal əməliyyatlar, anesteziya

Xülasə

Müxtəlif anesteziya üsullarından istifadə edərək organizmin əməliyyat travmasından müdafiyə səviyyəsi və onun adekvatlığı meyarları hələ də müzakirə olunur. Ümumi anesteziyanın ənənəvi variantları həmişə tam neyro-vegetativ müdafiyə ilə təmin etmir və anesteziyanın bəzi komponentləri orqanizmə yan təsirləri göstərir. Cərrahi stress-cavab reaksiyası cərrahi və anestezeoloji fəsadlarından sonra, əməliyyatdan sonrakı letallığın əsas səbəbi hesab olunur ki, bu da stress-cavab reaksiyasının azadılması yollarının axtarılmasını zəruri edir. `İstənilən orqanın, o cümlədən gözün anesteziyasına müasir yanaşma, afferent həssas innervasiyanın bütün səviyyələrində yerli ağrı resetorlarından, qanqliyardan, mərkəzi sinir sisteminin yollarından tutmuş, mərkəzi sinir sisteminin reseptorlarına gədər - nosiseptiv blokun tətbiqi nəzərdə tutur. Bir çox müəlliflər gözü, beynin xaricə çıxarlışmış hissəsi adlandırır. Bəzi mənbələrdə həmçinin bildirilir ki ofltamoloji əməliyyat zamanı ümumi anesteziya həssas impulsların mərkəzi sinir sisteminə daxil olmasının və cavab reaksiyalarının qarşısını almır, buna görə də onu yerli ağrıkəsici və müxtəlif növ regionar blokada ilə tamamlayırlar. Çünki yerli anestetiklər ağrı impulsunun nosiseptor aksonları ilə mərkəzi sinir sisteminə ötürülməsinin qarşısını alır. Məlumdur ki, narkotik analgetikler neyroleptiklər və digər neyrotrop preparatları (hipnotiklər, ataraktiklər) ve ümumi anesteziyanın qəbul edilmiş usullarının müxtəlif kombinasiyaları hipofiz-adrenal sistemin cərrahi stres-cavab reaksiyasının qarşısını tam ala bilmir. Regionar anesteziya özü-özlüyündə orqanizmin cərrahi travmadan qorunmasında yüksək effektivli və iqtisadi cəhətdən faydalı bir üsul hesab olunur. Beləliklə, nosiseptiv informasiyanın ötürülməsi və əməliyyatdan sonrakı ağrı sindromunun formalaşmasına təsir göstərə biləcək bir neçə analgetik preparatların və anesteziya metodlarının eyni zamanda təyini vacib hesab olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.12.2020

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI