РОЛЬ МУЛЬТИФОКАЛЬНОЙ ЭЛЕКТРОРЕТИНОГРАФИИ И МИКРОПЕРИМЕТРИИ В ОЦЕНКЕ СОСТОЯНИЯ СЕТЧАТКИ У ПАЦИЕНТОВ С ДИАБЕТИЧЕСКИМ МАКУЛЯРНЫМ ОТЕКОМ
Açar sözlər:
multifokal elektroretinoqrafya, mikroperimetriya, diabetik makulyar ödemXülasə
Məqsəd – diabetik makulyar ödem ilə pasiyentlərdə multifokal elektroretinoqrafyanın (mf-ERQ) məlumatlarına əsasən tor qişanın mərkəzi zonasında funksional dəyişikliklərin qiymətləndirilməsi, həmçinin mikroperimetriya (MP) göstəricilərinə görə makulanın işığa həssaslığının kəndarını tədqiqi və onların korrelyasiyasını təyini.
Material və metodlar
Diabetik makulyar ödemlə fəsadlaşmış ii tip insulinasılı şəkərli diabeti olan 41±15 yaşında 15 pasiyentdə (15 göz) tədqiqat aparılmışdır. Görmə itiliyi 0,04-0,6 arasında tərəddüd etmişdir. Bütün pasiyentlərə ənənəvi metodlarla yanaşı əlavə müayinə metodları aparılmışdır: multifokal elektroretinoqrafya (mf-ERQ) (Retiscan, Roland Consult, Almaniya) və mikroperimetriya (MAiA microperimeter, CenterVue, İtaliya).
Nəticə
Alınan nəticələrin təhlili makulyar ödem ilə pasiyentlərdə foveada tor qişanın mikroperimetriyası və həmin zonada mf-ERQ amplitudası göstəricilərinin arasında müəyyən asılılığın mövcudluğunu təsdiq etmişdir. Korrelyasion analizin nəticələri (Pearson meyarı) tor qişanın işığa həssaslığı və funksional aktivliyi arasında mənf korrelyasiyanı aşkar edilmişdir (korrelyasiya əmsalı r=-0,356, р=0.192).
Yekun
Tor qişanın makulyar zonasında funksional aktivlik və onun işığa həssaslığı arasında asılılıq aşkar edilmişdir