СОСТОЯНИЕ ГЕМОДИНАМИЧЕСКИХ ПАРАМЕТРОВ КРОВОТОКА В ЦИЛИАРНОМ ТЕЛЕ ПРИ ФАКОЭМУЛЬСИФИКАЦИИ НЕЗРЕЛОЙ ОСЛОЖНЕННОЙ КАТАРАКТЫ НА ФОНЕ СЕНИЛЬНОЙ МАКУЛОДИСТРОФИИ С ИМПЛАНТАЦИЕЙ ИОЛ "ACRYSOF"

Авторы

  • Гаджиева-Азизова С.А.
  • Мамед-заде А.Н.
  • Ахмедова А.Д.
  • Аббасова У.А.

Xülasə

İşin məqsədi: ultrasəs müayinəsi metodlarının köməyilə yetişməmiş fəsadlı kataraktamn süni “AcrySof”
büllurunun müxtəlif modifikasiyalarmm implantasiyasıyla fakoemulsifikasiyası zamanı kirpikli cisimdə
hemodinamik vəziyyətin öyrənilməsində metodikanın işlənib hazırlanması.

Material və metod
Kirpikli cisimdə qan axınına təsir göstərə biləcək ümumi damar xəstəlikləri inkar olunmuş
senil makulodistrofiya fonunda yetişməmiş fəsadlı katarakta diaqnozuyla yaş həddi 57 ilə 72 arasında olan 25
pasiyentdə ultrasəs müayinəsi kompleks şəkildə həyata keçirilmişdir. Pasientlər “Alcon” (ABŞ) firmasının süni
“AcrySof” büllurunun implantasiyasıyla gedən fakoemulsifikasiyadan əvvəl və sonra müayinə olunmuşlar.
Alınmış nəticələr və müzakirə: Alınmış nəticələrə əsasən bütün hemodinamik parametrlər dəyişikliyə məruz qalmışlar. Nətijələrin müzakirəsi təsdiq edir ki, senil makulodistrofiya fonunda yetişməmiş fəsadlı kataraktamn inkişafında əsas etioloji faktor hemodinamikanın pozulmasıdır.
Fakoemulsifikasiya əməliyyatından sonra rezistentlik indeksləri enir, xüsusilə də 6 və 12-ci aylardan sonra.
Spektral genişlənmə indeksi normaya yaxınlaşmışdır. Qan axınının maksimal və orta xətti və pik sürətləri statistik
dürüst artır və qan axınının həcm sürəti yüksəlir. Kirpikli cismin qalınlığının artması normal həddi keçir.
Beləliklə, demək olar ki, siliar arteriyalarda qan axınının çoxsaylı hemodinamik parametrlərinin həddən artıq
yaxşılaşması süni “AcrySof” büllurunun implantasiyasıyla fakoemulsifikasiyamn gözün ön seqmentinin qan
dövranına müsbət təsiri ilə əlaqədardır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

11.02.2010

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гаджиева-Азизова С.А. et al. 2010. СОСТОЯНИЕ ГЕМОДИНАМИЧЕСКИХ ПАРАМЕТРОВ КРОВОТОКА В ЦИЛИАРНОМ ТЕЛЕ ПРИ ФАКОЭМУЛЬСИФИКАЦИИ НЕЗРЕЛОЙ ОСЛОЖНЕННОЙ КАТАРАКТЫ НА ФОНЕ СЕНИЛЬНОЙ МАКУЛОДИСТРОФИИ С ИМПЛАНТАЦИЕЙ ИОЛ "ACRYSOF". Azərbaycan Oftalmologiya Jurnalı. 2 (Feb. 2010), 46–53.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri