PELYUSİD MARGİNAL DEGENERASİYASI ZAMANI SKLERAL KONTAKT LİNZALARIN ÜSTÜNLÜYÜ (KLİNİK HAL)
DOI:
https://doi.org/10.71110/ajo79102025170152107114Açar sözlər:
pelyusid marginal degenerasiyası, skleral kontakt linza, astiqmatizm, keratokonus, hibrid kontakt linza, buynuz qişanın topoqrafiyası, görmənin reabilitasiyasıXülasə
Məqalədə pelyusid marginal degenerasiyası (PMD) üçün terapevtik yanaşma olaraq skleral kontakt linzalardan istifadənin üstünlükləri təqdim edilmişdir. PMD nadir rast gəlinən, iltihabı olmayan buynuz qişanın ektatik xəstəliyidir. Keratokonusla oxşar xüsusiyyətlərə malik olduğu üçün, PMD-nın doğru diaqnozunu və effektiv terapevtik yanaşmaların seçilməsi daha çətin ola bilər. Buynuz qişanın topoqrafiyasından istifadə edərək PMD-nın dəqiq diaqnozunu qoyduqdan sonra, həm skleral kontakt linzaların, həm də hibrid linzaların istifadəsindən sonra ən yüksək korreksiya olunmuş görmə itiliyində baş verən dəyişikliklər qiymətləndirilmişdir. Yanlış diaqnoz halları müalicə üsullarını gecikdirə bilər. Xüsusilə, iki xəstəlik arasında terapevtik yanaşmalar fərqli olduqda, bu, əlavə ağırlaşmalara səbəb ola bilər.