ИМПЛАНТАЦИЯ ICL STAAR ПОСЛЕ КРОССЛИНКИНГА У БОЛЬНЫХ КЕРАТОКОНУСОМ, СОЧЕТАЮЩИМСЯ С МИОПИЕЙ ВЫСОКОЙ СТЕПЕНИ

Авторы

  • Магеррамов П.М.

Açar sözlər:

keratokonus, refraksiya cərrahiyyəsi, ICL STAAR

Xülasə

Məqsəd - yüksək dərəcəli miopiya və mərkəzi ektaziya ilə keratokonuslu xəstələrdə krosslinkinqdən sonra ICL
STAAR fakik linzanın implantasiyasının nəticələrini qiymətləndirmək.

Material və metodlar
Keratokonusun proqressivləşməsinin sabitləşməsi məqsədilə aparılan krosslinkinqdən 6-8 sonra ICL STAAR
fakik linza implantasiya olunmuş 12 pasiyen (17 göz) tədqiqata daxil edilmişdir.
Bütün xəstələr simmetrik mərkəzi ektaziya ilə olmuşdur.

Nəticə
Krosslinkinqdən 1 ay sonra keratometriya göstəriciləri 54±1,55 dptr.-dək artmışdır, 3-6 ay sonra isə əməliyyat
önü göstəricilərdən aşağı olmuşdur: müvafiq olaraq 52±3,4 və 51±2,7 dptr. Buynuz qişanın paximetriyası 1 ay
sonra 430±21 mkm mərkəzdə və 410±11 mkm zirvədə təşkil etmişdir, lakin əməliyyat önü göstəricilərdən aşağı
olmuşdur.
ICL STAAR linzanın implantasiyasından sonra heç bir gözdə gözdaxili təzyiqin yüksəlməsi müşahidə
edilməmişdir. Əməliyyat olunmuş gözlərdə refraksiyanın sferik komponenti (sikloplegiya zamanı) 5,75 D - 12,75
D (M±m= -9,21±1,95 D) təşkil etmişdir. Silindrik komponent -6,0 D olmuşdur. Əməliyyatdan sonra birinci gün
pasiyentlərdə korreksiyasız yüksək görmə itiliyi əldə edilmişdir ki, əməliyyatdan əvvəl maksimal korreksiyaya
nisbətən 1-2 sətr yüksək olmuşdur.
Yüksək dərəcəli miopiya ilə müştərək mərkəzi ektaziyalı keratokonusun proqressivləşməsi ilə 18-38 yaş
arası pasiyentlərdə eksimer lazer əməliyyatları məqsədə uyğun olmadığı üçün və ön kamera dərinliyi 3 mm-dən
aşağı deyilsə, effektiv metod kimi İCL STAAR Central Flow fakik linzanın implantasiyası ilə buynuz qişanın
krosslinkinqi aparıla bilər. İmplantasiya olunan linzanın ölçülərinin və nömrəsinin hesablanması 6-8 ay sürən
xəstəliyin proqressivləşməsinin sabitləşməsindən sonra aparılmışdır.

Yekun
Beləliklə, yüksək dərəcəli miopiya ilə müştərək mərkəzi ektaziyalı keratokonusun proqressivləşməsi ilə
xəstələrin tibbi reabilitasiyası məqsədilə təqdim olunmuş cərrahi metod effektiv və təhlükəsizdir, bu da həmin
üsulu digər cərrahi korreksiya metodlarına alternativ kimi tövsiyyə etməyə imkan yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

30.12.2019

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Магеррамов П.М. 2019. ИМПЛАНТАЦИЯ ICL STAAR ПОСЛЕ КРОССЛИНКИНГА У БОЛЬНЫХ КЕРАТОКОНУСОМ, СОЧЕТАЮЩИМСЯ С МИОПИЕЙ ВЫСОКОЙ СТЕПЕНИ. Azərbaycan Oftalmologiya Jurnalı. 30 (Dec. 2019), 56–61.