ХИРУРГИЧЕСКАЯ КОРРЕКЦИЯ ПЕЛЛЮЦИДНОЙ МАРГИНАЛЬНОЙ ДЕГЕНЕРАЦИИ МЕТОДОМ СЕРПОВИДНОЙ ЛАМЕЛЛЯРНОЙ РЕЗЕКЦИИ
Açar sözlər:
pelyusid marginal degenerasiya, ayparaşəkilli lamelyar rezeksiya, keratoplastikaXülasə
Məqsəd - pelyusid marginal degenerasiya zamanı stromanım ayparaşəkilli lamelyar rezeksiyasının effektivliyini qiymətləndirmək.
Material və metodlar
Tədqiqata pelyusid marginal degenerasiyası (PMD) olan stromanın ayparaşəkilli rezeksiyasım icra edilmiş
6 xəstə daxil olub. Onlardan 5-i kişi, 1 qadın olub. Xəstələr 5-6 il ərzində müşahidə edilib. Bütün xəstələrə
əməliyyatdan öncə və sonra KOGİ və KOIGİ, avtorefraktometriya (TOPCON), tonometriya, yarıq lampasında
biomikroskopiya, keratotopoqrafiya, paximetriya (Pentacam HR,Oculus), aberrometriya müayinələri aparilmışdır.
PMD diaqnozu ön seqmentin biomikroskopiya, topoqrafiya, keratometriya, paximetriya və optik koherent
tomoqrafiyası (OKT) əsasında qoyulub.
Nəticə
Cərrahi əməliyyatdan sonrakı müayinələrdə müəyyən nəticələrin ortalama göstəricilərində dəyişiklik baş
vermişdir. Belə ki, KOlGİ(logMAR) 1,33±0,13 D-dan 0,66±0,24 D-ya qədər, KOGİ (logMAR) isə 0,6±0,33 D-dan
0,38±0,19 D-ya qədər artdi, buynuz qişa astiqmatizmi 15,9±3,33 D-dan 2,82±0,47 D-ya qədər endi, SimKl(flat)
33,74±1,74 D-dan 42,5±1,51 D-ya qədər qalxdi, SimK2(steep) 51,09±1,7 D-dan 44,06±1,08 D-ya endi. Mərkəzi
zonada (3 mm) minimal paximeriya c/ə öncə 507±13,06mkm, c/ə sonra isə 504±5,16mkm oldu, Aşağı periferiyada
isə (4-8 mm) 371±20,08 mkm-dan 512,16±18,13 mkm-ə qədər artıb.
Yekun
Pelyusid marginal degenerasiya zamanı stromanım ayparaşəkilli lamelyar rezeksiyası təhlükəsiz, vizometrik
və keratotopoqrafik nəticələri müsbət olan üsuldur. Reabilitasiya dövru bir qədər uzun olmağına baxmayaraq,
uzunmüddətli nəticələri stabildir. Nəticədə, buynuz qişanın formasının bərpa olunmasını, və qeyri-düzgün, tərs
astiqmatizmin duz tipli astiqmatizmə çevrilməsini görürük. Bütün bu hallarda xəstəliyin reqressi qeys olunmayıb.