ДИАГНОСТИЧЕСКОЕ И ПРОГНОСТИЧЕСКОЕ ЗНАЧЕНИЕ ЦЕНТРАЛЬНОГО ПОРОГОВОГО ТЕСТА 10-2, ПРОВОДИМОГО НА ПЕРИМЕТРЕ HUMPHREY В СЛУЧАЯХ ДАЛЕКОЗАШЕДШЕЙ ГЛАУКОМЫ

Авторы

  • Агаева Ф.А.
  • Сасикумар Р.
  • Нарендра К.П.

Açar sözlər:

qlaukoma, perimetriya, makula

Xülasə

Humphrey perimetri ilə aparılan statik avtomatik perimetriya qlaukoma diaqnostikasında və xəstələrin nəzarət
altında olmasında “qızıl standart” üsulu sayılır. Müəlliflər tərəfindən Sita Standard strategiyası ilə aparılan mərkəzi
24-2 və 10-2 testlərin müqayisəli təhlili verilmişdir.

Material və metodlar
Tədqiqata 24-2 testin mərkəzi 3° zonasında defekti olan birincili açıqbucaqlı ifrat inkişaf etmiş qlaukomalı 35
xəstə (42 göz), onlardan 21 kişi, 14 qadın daxil olunmuşdur. Daxil olma perimetrik kriteriyalar (24-2 testində)
arasında aşağıdakılar idi: MD< -30dB, PSD >4dB, normadan kənar GHT və mərkəzi 3° zonasında tor qişanın
astana hissiyatı < 10dB olan ən azı bir nöqtə.

Nəticələr
24-2 testin «PDPP» sxemin mərkəzi 3° zonasında defekti olan 21,4% gözlərdə 10-2 testin «PDPP» sxemin
mərkəzi 1° zonasında heçbir defekt aşkar olunmamışdır. Bu isə antiqlaukomatoz cərrahi əmaliyyatının aparılmasında
xoşagələn proqnostik faktorlardan biri sayıla bilər. 10-2 testin «TDPP» və «PDPP» sxemlərin mərkəzi 1° zonasında,
müvafiq olaraq, 39 gözdə (92,9 %) və 25 gözdə (59,5%) defektin dərəcəsi 24-2 testin «TDPP» və «PDPP» sxemlərin
mərkəzi 3° zonasında olan defektin dərəcəsi ilə müqayisədə az olmuşdur. 10-2 testində mərkəzi defekt dərəcəsinin
azalması zədələnmiş nöqtələrin sayca azalması və ya zədələnmiş nöqtələrdə tor qişanın astana hissiyatının artması
ilə əlaqədardır. 24-2 testin mərkəzi 3° zonasında defekti olan xəstələrdə MD göstəricilərin dərəcəsindən (24-2
testində) asılı olmayaraq 10-2 testin mərkəzi zonasında intakt makula aşkar oluna bilər.
Alınan nəticələr ifrat inkişaf etmiş qlaukomanın diaqnostikasında 68 nöqtədən ibarət olan 10-2 mərkəzi testin
böyük əhəmiyyətini yenidən vurğulayır və ağır dərəcəli görmə sahəsinin daralmasında intakt makulanın aşkar
edilmə imkanını göstərir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.01.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Агаева Ф.А. et al. 2025. ДИАГНОСТИЧЕСКОЕ И ПРОГНОСТИЧЕСКОЕ ЗНАЧЕНИЕ ЦЕНТРАЛЬНОГО ПОРОГОВОГО ТЕСТА 10-2, ПРОВОДИМОГО НА ПЕРИМЕТРЕ HUMPHREY В СЛУЧАЯХ ДАЛЕКОЗАШЕДШЕЙ ГЛАУКОМЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 4 (Jan. 2025), 29–33.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>