ПЕРВИЧНАЯ ТРАБЕКУЛЭКТОМИЯ С ИСПОЛЬЗОВАНИЕМ МИТОМИЦИНА С И КОГЕЗИВНОГО ВИСКОЭЛАСТИКА В ЛЕЧЕНИИ СТЕРОИДНОЙ ГЛАУКОМЫ
Açar sözlər:
mitomisin C, steroid mənşəli qlaukoma, trabekulektomiya, viskoelastikXülasə
İşin məqsədi: Steroid mənşəli glaukomada aşağı konsentrasiyalı mitomisin C (MMC - 2mg/ml 2 dəqiqə ekspozisiyası ilə) və kohesiv viskoelastikin (Provisk) istifadəsi ilə birincili trabekulektomiyanm steroid müalicəsinin növündən asılı olaraq kliniki effektivliyini qiymətləndirmək.
Material və metod
Aşağı konsentrasiyalı MMC ilə birincili trabekulektomiya zamanı erkən aşın hltrasiyanm
qarşısını almaq üçün ön kameraya və skleral loskut altına Provisk inyeksiyası aparılmış antiglaukomatoz müalicəyə
refrakter olan steroid mənşəli glaukomalı 7 xəstənin 9 gözünün prospektiv təhlili aparılıb. Göz daxili təzyiqin
(GDT) azalması; görmə funksiyası, erkən postoperativ fəsadlar; antiglaukomatoz dərmanların orta hesabla sayı ve
hltrasiya blebin görünümü steroid müalicənin növündən asılı olaraq qiymətləndirildi.
Alınan nəticələr
Postoperativ müşahidə vaxtı orta hesabla 12 ay idi. Əməliyyatdan öncə GDT orta hesabla 37,6
±1,6 mmHg, əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 18,4 ± 2,5 mmHg qədər azalmışdır. 2 xəstədə
görmə itiliyi kataraktanm progresiyası ilə əlaqədar azaldı, 5 xəstədə dəyişiksiz qaldı. 2 gözdə (22,2%) erkən tranzitor
hipotoniya, 1 xəstədə (14,3%) isə hifema müşayiət olunmuşdur. Preoperativ antiglaukomatoz medikamentlərin
sayısı orta hesabla 3 olmuşdur və lakin 1 gözdə (11,1%) postoperativ antiglaukomatoz medikamenta ehtiyac oldu.
Bleb 1 gözdə (11,1%) onun avaskulyar (1-ci dərəcə) kistik görünümü ilə xarakterizə olundu.
Yekun
MMC və kohesiv viskoelastikm istifadəsi ilə aparılan birincili trabekulektomiya steroid mənşəli
glaukomalı xəstələrin cərrahi müalicəsində kliniki effektivliyinə malik olan bir alternativ üsuludur. Əməliyyatdan
sonrakı GDT-nin səviyyəsi steroid terapiyasının növündən asılı ola bilər.