КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ РАЗЛИЧНЫХ МОДИФИКАЦИЙ СИНУСТРАБЕКУЛЭКТОМИИ В ЛЕЧЕНИИ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ

Авторы

  • Касимов Э.М.
  • Агаева Ф.А.

Açar sözlər:

açıq bucaqlı qlaukoma, kohesiv viskoelastik, fltrasion balış, kollagen implant, mitomisin C, sinustrabekulektomiya

Xülasə

Məqsəd – açıqbucaqlı qlaukomanın müalicəsində birincili sinustrabekulektomiyanın (STEK) müxtəlif modifkasiyalarının uzaq müşahidə dövründə kliniki effektivliyinin müqayisəli təhlili.

Material və metodlar
Medikamentoz olaraq nəzarət olunmayan açıqbucaqlı qlaukomalı orta yaş həddi 57,7 ± 6,3 olan 104 xəstənin (107 göz) prospektiv təhlili aparılıb, onlardan 60 (57,8%) kişi, 44 (42,3%) qadın. Xəstələr iki qrupa bölünmüşdür: I qrup – Ologen ilə birinci STEK aparılmış 52 pasiyent (54 göz), II qrup – MMC və Provisk ilə birincili STEK aparılmış 52 pasiyent (53 göz). Gözdaxili təzyiqin (GDT) azalması və fltrasion yastığın (FY) görünümü qiymətləndirildi.

Nəticə
Postoperativ müşahidə vaxtı orta hesabla 2,64±1,2 il təşkel etmişdir. STEK+Ologen və STEK+MMC+Provisk əməliyyatlarından öncə GDT orta hesabla 34,7±1,9 mm c.s. və 35,6±1,7 mm c.s., əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 20±0,5 mm c.s. və 19±0,2 mm c.s. qədər azalmışdır. STEK+MMC+Provisk əməliyyatından sonra 13,2% hallarda avaskular FY formallaşıb. Son kontrol zamanı STEK+MMC+Provisk-dən sonra formallaşan FY ilə müqayisədə Ologen ilə olan FY-ın hündürlüyü 2,6 dəfə az (p<0,001), FB divarın qalınlığı isə 2,1 dəfə (p<0,01) çox qeyd olunmuşdur.

Yekun
Sinustrabekulektomiyanın göstərilən modifkasiyaları GDT azalmasına gətirir. Lakin, STEK+Ologen cərrahi əməliyyatından sonra daha vaskularizasiya olunmuş, hündürlüyü daha az və divarın qalınlığı daha çox olan fzioloji funksiyaya malik olan FY əmələ gəlir. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. and Агаева Ф.А. 2017. КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ РАЗЛИЧНЫХ МОДИФИКАЦИЙ СИНУСТРАБЕКУЛЭКТОМИИ В ЛЕЧЕНИИ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 51–58.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>