ПЕРВЫЕ РЕЗУЛЬТАТЫ ИМПЛАНТАЦИИ КОЛЛАГЕНОВОГО МАТРИКСА ОЛОГЕН ПРИ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ
Açar sözlər:
qlaukoma, kollagen implantı, Ologen™, trabekulektomiyaXülasə
İşin məqsədi: Birincili trabekulektomiya zamanı Ologen™ kollagen matriksın implantasiyasının kliniki effektivliyini qiymətləndirmək.
Material və metod
Birincili limbusəsaslı trabekulektomiya zamanı Ologen™ kollagen matriksın implantasiyası
aparılmış antiglaukomatoz müalicəyə refrakter olan glaukomalı 9 xəstəsinin 9 gözünün prospektiv təhlili aparılıb.
Göz daxili təzyiqin (GDT) azalması; görmə funksiyası, erkən postoperativ fəsadlar; antiglaukomatoz dərmanların
orta hesabla sayı ve filtrasiya blebin görünümü qiymətləndirildi.
Alınmış nəticələr
Postoperativ müşahidə vaxtı orta hesabla 20 həftə idi. Əməliyyatdan öncə GDT orta
hesabla 36 mmHg, əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 11,4 mmHg qədər azalmışdır. 2 xəstədə
(22,2%) erkən tranzitor hipotoniya, onlardan biri uveal qlaukoması ilə olan xəstə idi. Preoperativ antiglaukomatoz
medikamentlərin sayısı orta hesabla 2.5 olmuşdur və heç bir xəstədə postoperativ antiglaukomatoz medikamenta
ehtiyac olmadı. Müşahidə aparılan zaman heç bir olğumuzda xoroidal qopma, hipotonik makulopatiya, korneal
epitelial toksikopatiya, blebitis ve blebə bağlı endoftalmit kimi fəsadlarla qarşılaşmadık. Postoperativ dönümdə 6
ay keçdikdən sonra 3 gözdə (33,3%) Ologen impant tam sorulmamışdır.
Yekun
Ologen kollagen matriksın imlantasiyası ilə aparılan birincili trabekulektomiya glaukomalı xəstələrin
cərrahi müalicəsində yeni təhlükəsiz və effektiv bir alternativ üsuldur.