BİR OLGU SERİSİNDE ARKA POLER KATARAKT CERRAHİSİ VE CERRAHİNİN PÜF NOKTALARI
Xülasə
İşin məqsədi: arxa polyar katarakta (APK) cərrahiyyəsində effektivliyə təsir göstərən cərrahi texnika və parametrləri qiymətləndirmək və cərrahiyyənin vacib momentlərini araşdırmaq.
Material və metodlar
Bu perspektiv iş, Türkiyə Səhiyyə Nazirliyi Ankara Təlim və Tədqiqat xəstəxanasında 2001-
2008-ci illər arasında icra olunmuşdur. APK-lı xəstələrdə (23 xəstə-44 göz), topikal anesteziya ilə modihkasiya olunmuş
chip-hip texnikası ilə fakoemulsihkasiya (FE) icra olunmuşdur. Ən az 1 il müşahidə edilən xəstələr tədqiqata daxil
edilmişdirlər. Cərrahi texnika, əməliyyat daxili ağırlaşmalar və nəticələr qiymətləndirilmişdir.
Nəticələr
Əməliyyat 21 xəstədə bilateral, 2 xəstədə isə unilateral icra olunmuşdur.Arxa təbəqə təmizlənərkən 44
gözün 12-ində (27,2%) arxa kapsulda (AK) deffekt müşahidə edildi.4 xəstədə bilateral, 4 xəstədə isə unilateral AK
deffekti olmuşdur. AK deffekti olan 12 gözdən 4-ündə (33,3%) ön vitrektomiya və arxa vitrektoreksis aparıldı və AK
deffektli xəstələrin hamısında göz daxili linza (GDL) siliyar sulkusa implantasiya olundu. Şüşəvari cisim itkisi olan 1
göz də daxil olmaqla 32 gözə kapsulyar kisə içərisinə implantasiya etmək mümkün oldu. Siliyar sulkus fiksasiyası üçün
Allergan SI40 GDL, kapsulyar kisə içi implantasiya üçün isə Acrysof MA60BA və Acrysof SA60BA GDL-lar istifadə
edilmişdir. AK tamlığı qorunmuş gözlərdə 20/25 və daha çox uzaq görmə itiliyi əldə edilmişdir. AK deffekti olan, ancaq
şüşəyəbənzər cisim itkisi olmayan gözlərdə görmə itiliyi 20/100 ilə 20/50 arasında dəyişmişdir. Şüşəyəbənzər cisim itkisi
olan 2 gözdə Fundus Flüressein Angioqrahya (FFA) ilə kistoid makulyar ödem (KMÖ) aşkarlanmışdır.
Yekun
APK-larm FE cərrahiyyəsində əvvəlcədən bu xəstələrə cərrahi etapların xüsusi olaraq diqqətli şəkildə
planlanması və dəqiq tətbiqi ilə qənaətbəxş vizual nəticələr əldə etmək mümkündür. AK deffektlərinin mövcudluğu
əvvəlcədən nəzərə alınsa da, çox hallarda şüşəyəbənzər cisim itkisi qaçmılmazdır və KMÖ kimi ağırlaşmalar
gözlənilməlidir.