РАННЯЯ КОРРЕКЦИЯ ЭЗОТРОПИИ У ДЕТЕЙ ДО 3-Х ЛЕТ
Açar sözlər:
ezotropiya, infantil çəpgözlük, akkomodasion çəpgözlük, uşaqlarda çəpgözlüyün erkən korreksiyası, infantil çəpgözlüyün erkən korreksiyası, uşağlarda çəpgözlüyün müalicəsiXülasə
İşin məqsədi: uşaqlarda 1 aydan 18 aya qədər yaranan ezotropiyanm müalicəsində xüsusi erkən korreksiya üsulunun effektivliyinin aşkar edilməsi.
Material və metodlar
Müştərək daxili çəpgözlüyü olan 42 uşaq müayinədən keçmişdir. Uşaqlarda uşaq
refraktometri vasitəsilə refraktometriya və retinoskopiya aparılmışdır. Bütün uşaqlarda göz dibində hər iki gözdən
maksimal dərəcədə aydın şəkil əldə edilməsilə xüsusi korreksiya aparılmışdır. Bununla belə lazım gəldikdə
astiqmatizmin dərəcəsi 0.5D qədər korreksiya edilmişdir.
Nəticə və müzakirələr
Aşkar edilmişdir ki, müştərək çəpgözlüyün 3 yaşa qədər xüsusi korreksiyası 69%
hallarda (42 gözdən 29-da) gözlərin simmetrik vəziyyətinə gətirib çıxarır. 23.8% hallarda (42 gözdən 10-da)
çəpgözlük bucağının azalması qeyd edilmişdir. 7.1% hallarda (42 gözdən 3-də) effekt olmamışdır.
Güman edilir, ezotropiyanın inkişafının səbəbi, akkomodasion faktorla yanaşı, göz dibində formalaşan şəklin
aydınlığında cüzi fərqdir, bu da stereopsisin inkişafına mane olan faktordur.
Biz tərəfdən uşaqlarda aparılan və iki göz arasında minimal refraksiyanı nəzərə alan (0.5D qədər astiqmatizm)
xüsusi korreksiya gözlərin simmetrik vəziyyətinin formalaşmasında yüksək nəticələr verir.
Burada biz ilkin şəraitlərə həssaslıq - “kəpənək effekti” anlayışı ilə rastlaşırıq. Burada determinə olunmuş
xaosun qanunları, əksliklərin mübarizəsi ortaya çıxır.
Bu halda əksliklər kimi iki göz çıxış edir. Uşağın inkişafı məqamından görmə sahələrində neyronlar arasında
əlaqələr yaranmağa başlayır. Onlar arasında görmə qabığının sinir hüceyrələrini “əldə etmək” uğrunda rəqabət
yaranır. Bu mübarizədə uduzan göz, münasib şərait olduqda, görmə oxundan kənarlaşa bilər.