РЕЗУЛЬТАТЫ ЛЕЧЕНИЯ ИНФАНТИЛЬНОЙ И РАНОПРИОБРЕТЕННОЙ ЭЗОТРОПИИ В СОЧЕТАНИИ С МИОПИЧЕСКОЙ РЕФРАКЦИЕЙ МЕТОДОМ ЕЕ ПОЛНОЙ КОРРЕКЦИИ

Авторы

  • Гаджиева Н.Р.

Açar sözlər:

ezotropiya, infantil çəpgözlük, müştərək daxili çəpgözlük, akkiomodasion və qeyri-akkomodasion
çəpgözlüyün müalicəsi

Xülasə

Məqsəd. Bu tədqiqat işinin məqsədi miopiya ilə müştərək ezotropiyamn modihkasiya olunmuş korreksiyasmm effektivliyinin öyrənilməsidir.

Tədqiqatın material və metodları
Miopiya ilə müştərək daxili çəpgözlüyü olan 3 yaşa qədər 10 uşaq müayinə
edilib. Bütün uşaqlarda retinoskopiya, Shure sight uşaq refraktometri vasitəsilə child (sikloplegiyasız) və adult
(sikloplegiya ilə) üsulları ilə refraktometriya aparılıb. Astiqmatizm dərəcəsinin tam korreksiyası (0,5 dptr qədər)
və sferik komponentin maksimal korreksiyası aparılıb.

Tədqiqatın nəticələri və müzakirə
Çəpgözlüyün əmələ gəlməsinin orta yaş həddi 7,2 ± 1,7 ay (1 aydan 30
aya qədər diapazon), eynəyin yazılmasının orta yaş həddi isə 19,6 ±1,8 ay (9 aydan 28 aya qədər diapazon) təşkil
edir.
Tədqiqatlar göstərdi ki, tam korreksiya ilə eynəklərin yazılmasından 1 ay sonra 10 uşaqdan 6-da (60%) gözlərin
simmetrik vəziyyəti müşahidə edilirdi. 6 aydan sonra artıq 10 uşaqdan 9-da (90%) gözlərin simmetrik vəziyyəti
müşahidə edilirdi. Yalnız bir uşaqda çəpğözlüyün bucağı 30 dərəcədən 10-a qədər azalmış, lakin tamamilə
keçməmişdir.
Beləliklə, tədqiqatın nəticələri göstərir ki, miopiya ilə müştərək ezotropiya olan xəstələrdə tam korreksiya çox
gözəl effekt verir. Torlu qişada maksimal aydın şəklin formalaşmasını nəzərə alaraq, erkən eynək korreksiyası
tövsiyə edilir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

18.08.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гаджиева Н.Р. 2013. РЕЗУЛЬТАТЫ ЛЕЧЕНИЯ ИНФАНТИЛЬНОЙ И РАНОПРИОБРЕТЕННОЙ ЭЗОТРОПИИ В СОЧЕТАНИИ С МИОПИЧЕСКОЙ РЕФРАКЦИЕЙ МЕТОДОМ ЕЕ ПОЛНОЙ КОРРЕКЦИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 12 (Aug. 2013), 29–33.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>