BEYİNDƏ ONKOLOJİ PATOLOGİYA SƏBƏBİ İLƏ ƏLAQƏLİ PARALİTİK ÇƏPGÖZLÜYÜN CƏRRAHİ MÜALİCƏSİNƏ DAİR (KLİNİKİ HAL)

Авторы

  • Əsədova Ş.Ə.

Açar sözlər:

medulloblastoma, onkoloji patologiya, paralitik çəpgözlük

Xülasə

Məqalədə 9 yaşlı oğlan uşağının klinik halı təsvir edilmişdir. Xəstə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əməliyyatdan 4 il sonra tam stabil vəziyyətdə olaraq müraciyət etmişdir. Daxil olarkən Vis OD= 0,4 k sph = 0.50 cyl -2,50 – 1,0; Vis OS = alınmır. Aparılan müayinələrdən sonra xəstəyə “OS – Altıncı sinirinin tam iflici. Ezotropiya. Əməliyyat olunmuş laqoftalm. Beynin arxa çuxurunun əməiyyat olunmuş medulloblastoması” diaqnozu qoyulmuşdur. Xəstəyə əməliyyat təyin edilmişdir: sol gözün daxili düz əzələsinin resessiyası, yuxarı və aşağı düz əzələnin eyni gözün xarici düz əzələsinə qismən transpozisiyası. Lakin əməliyyat zamanı sol gözün daxili düz əzələsinin incəlməsi ilə liflənməsi meydana çıxmışdır. Nəticədə əməliyyat planı dəyişdirilmiş və vertikal əzələlərin ortasından keçən daxili düz əzələ skleral band ilə bərpa edilmişdir. Vertikal əzələlərin temporal yarısı ekvatorda xarici düz əzələyə sorulmayan fiksasiya tikişi ilə sabitlənmişdir. Daha sonra, bu əzələnin hərəkətini gücləndirmək üçün lateral rektus əzələsində qatlanma aparılmışdır. Əməliyyatdan sonra ortoforiya və bəzən 5° ezotropiya müşayiət olunurdu, abduksiya 3-. Göz hərəkətlərində bütün istiqamətlərdə patologiya aşkar olunmayıb. Vis OD = sph +0,50 cyl -2,50-0,9; Vis OS = sph +0,50 cyl -2,50 – 0,5-0,6. Genetik məsləhət – ailədə beyin şişi halları varsa, onların inkişafına təkan verə biləcək irsi xəstəliklər üçün müayinədən keçmək vacibdir. Bundan əlavə, mütəmadi olaraq tibbi müayinədən keçmək lazımdır. Şişin erkən aşkarlanması uğurlu müalicənin açarıdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.06.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR