АКТУАЛЬНЫЕ ВОПРОСЫ ПРОФЕССИОНАЛЬНЫХ И ПРОИЗВОДСТВЕННО-ОБУСЛОВЛЕННЫХ ЗАБОЛЕВАНИЙ ОРГАНА ЗРЕНИЯ
Açar sözlər:
peşə patologiyası, istehsalatla şərtləşdirilmiş patologiya, gərgin görmə işi, mütəmadi tibbi baxışlarXülasə
Məqsəd - ilkin və mütəmadi tibbi baxışların nəticələrinə görə müxtəlif yaş qruplarında “Moskva metropoliteni” DUM işçilərində görmə orqanı patologiyasının yayılmasının təhlili.
Material və metodlar
“Moskva metropoliteni” DUM-nin 17886 işçisi müayinə olunmuşdur. Tibbi baxışların məlumatları akad.
N.F.İzmerov adına Əmək Tibbi Elmi-Tədqiqat institutunda işlənib hazırlanmış tibbi və digər informasiyanın
toplanması və kollektiv şəkildə istifadəsi üçün texniki, proqram və təşkilati vasitələrdən ibarət “Tibbi informasiya
sistemi” istifadə olunaraq təhlil edilmişdir. Ayrıca 25-75 yaş arasında 5 il məsafə ilə yaş qruplarında patologiyanın
yayılması təhlil edilmişdir. Gigiyenik, kliniki və statistik müayinə metodları tətbiq edilmişdir.
Nəticə
Metropoliten işçilərində gözün və onun əlavə aparatı xəstəliklərinin yayılma dərəcəsinin öyrənilməsi zamanı
aşkar edilmişdir ki, bu qrupun xəstəlikləri bütün yaş qruplarında geniş yayılmışdır: 100 nəfərə 34,5 - 24-29
yaşından 100 nəfərə 95,9 - 65-69 yaşınadək.
Mütəmadi tibbi baxışların keçirilməsi zamanı görmə orqanının nadir patologiyası aşkar edilmişdir - Best
distrofiya, tor qişanın tapetoretinal abiotrofiyası (H35.3), bir nəfər qadında protanomaliya və deyteranomaliyanın
müştərək olması, rəng anomaliyası (H35.3), keratokonus (P18.6), qüzehli qişanın inkişaf anomaliyası (H21.4,
H57.0).
Yekun
Mütəmadi baxışlar zamanı alınan məlumatlar işçilər arasında görmə orqanı patologiyasının yüksək artımını
təsdiqləmişdir. Belə ki, aşkar edilmiş xəstəliklərin strukturunda birinci yeri refraksiya anomaliyalan və
akkomodasiyanın pozulmaları tutmuşdur. İlk dəfə təyin edilmiş qlaukoma - 2,6%, katarakta - 4,3%, yaşla əlaqədar
makulodistrofiya - 1,2%, quru göz sindromu - 6,6% hallarının yüksək faizi diqqəti cəlb etmişdir.