УРОВЕНЬ АМИНОКИСЛОТ-НЕЙРОТРАНСМИТТЕРОВ В СТЕКЛОВИДНОМ ТЕЛЕ У БОЛЬНЫХ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКОЙ СЕТЧАТКИ С РАЗНОЙ СТЕПЕНЬЮ МОРФОЛОГИЧЕСКИХ ИЗМЕНЕНИЙ ОТСЛОЕННОЙ МАКУЛЫ

Авторы

  • Пасечникова Н.В.
  • Левицкая Г.В.

Açar sözlər:

tor qişanın reqmatogen qopması, tor qişanın makulyar nahiyyəsinin ödemi, optik koherent tomoqrafya, aminoturşular, neyrotransmitterlər, vitreal tərkib, şüşəvari cisim

Xülasə

Məqsəd - tor qişanın reqmatogen qopması ilə xəstələrdə optik koherent tomoqrafyanın göstəriciləri əsasında foveada tor qişa qopmasının hündürlüyündən və makula ödeminin ifadəlik dərəcəsindən asılı olaraq aminoturşuneyrotransmitterlərin şüşəvari cisimdə paylanması xüsusiyyətini araşdırmaq.

Material və metodlar
Müayinə olunmuş və müvəffəqiyyətlə əməliyyat aparılmış tor qişanın reqmatogen qopması ilə 88 xəstədən 31-də retrospektiv olaraq şüşəvari cisimdə aminoturşuların tərkibi təhlil edilmişdir. Bu pasiyentlərə OKT-nın keçirilməsi mümkün olmuşdur. Vitrektomiya zamanı əldə edilmiş şüşəvari cisimdə qaz-maye xromatoqrafya üsulu ilə 15 aminoturşunun qatılığı müəyyən edilmişdir. Tor qişanın qopması fonunda OKT, ilkin və əməliyyatdan sonrakı görmə itiliyi göstəricilərinın əsasında makulyar ödemin ifadəlik dərəcəsindən, tor qişa qopmasının foveada hündürlüyündən asılı olaraq qlutamin turşusu, aspartat və qlisin kimi aminoturşu-neyrotransmitterlərin səviyyəsi öyrənilmişdir. Göstəricilər arasında fərq Kruskal-Uollis qeyri-parametrik meyarının və Spirmenin dərəcə korrelyasiyası əmsalının istifadəsi ilə qiymətləndirilmişdir.

Nəticə
OKT nəticələrinə və makulyar nahiyyənin qiymətləndirilməsinə görə pasiyentlər qruplara bölünmüşdür: ödemsiz – 6 nəfər (19,4%), əsasən makulanın xarici qatlarında kiçik kistalı ödem ilə 15 pasiyent (48,4%), xarici qatların büküşləri ilə kəskin ifadə edilmiş ödem ilə - 10 pasiyent (32,3%). Şüşəvari cisimdə təyin edilmiş aminoturşu-neyrotransmitterlərin səviyyəsi və makulyar ödemin ifadəlik dərəcəsi arasında (p<0,02), eləcə də qlutamin turşusu üçün foveada tor qişanın qopmasının hündürlüyü arasında (p=0,004) əhəmiyyətli əlaqənin olması müəyyən edilmişdir. Həmin kateqoriyalı xəstələrdə görmə itiliyinin təhlili göstərmişdir ki, həm ilkin (p=0,025), həm də əməliyyatdan sonrakı (p=0,006) görmə itiliyi göstəriciləri aşağı olduqda, bir o qədər də ifadə edilmiş makula ödemi və foveada tor qişa qopmasının daha hündür olması ilə pasiyentlərin sayı çoxdur.

Yekun
Tor qişanın reqmatogen qopması ilə xəstələrdə makulyar ödemin dərəcəsi gücləndikcə, həmçinin foveada tor qişa qopmasının hündürlüyü artıqca şüşəvari cisimdə aminoturşu-neyrotransmitterlərin səviyyəsinin artması qeyd edilmişdir. Beləliklə, xarici qatların büküşləri ilə makulyar ödemin mövcudluğu uğurlu cərrahi müalicə zamanı əməliyyatdan sonrakı aşağı görmə itiliyinin alınmasını müəyyən edir. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Пасечникова Н.В. and Левицкая Г.В. 2017. УРОВЕНЬ АМИНОКИСЛОТ-НЕЙРОТРАНСМИТТЕРОВ В СТЕКЛОВИДНОМ ТЕЛЕ У БОЛЬНЫХ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКОЙ СЕТЧАТКИ С РАЗНОЙ СТЕПЕНЬЮ МОРФОЛОГИЧЕСКИХ ИЗМЕНЕНИЙ ОТСЛОЕННОЙ МАКУЛЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 88–96.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri