STASİONAR GECƏ KORLUĞUNUN GƏNC KİŞİ POPULYASIYASINDA RASTGƏLMƏ TEZLİYİ, KLİNİK VƏ DİAQNOSTİK XÜSUSİYYƏTLƏRİ VƏ DİGƏR ANADANGƏLMƏ TOR QİŞA XƏSTƏLİKLƏRİ İLƏ DİFFERENSASİYASI MƏQAMLARI

Авторы

  • Hüseynli S.F.
  • Orucova S.N.

Açar sözlər:

anadangəlmə stasionar gecə korluğu, irsi tor qişa xəstəlikləri, ERQ

Xülasə

Məqsəd - anadangəlmə stasionar gecə korluğu (ASGK) olan xəstələrın gənc kişi populyasıyasında
rast gəlmə tezliyi, kliniki formaları və diaqnostik xüsusiyyətlərini araşdırmaq, eləcədə bu xəstələdə tor
qişanın struktur və elektrofizioloji xüsusiyyətlərini təhlil etmək və tor qişanın digər anadangəlmə irsi
xəstəlikləri ilə diaqnostik müqayisəli təhlilini aparmaq.

Material və metodlar
Tədqiqata hərbi həkim kommissiyasından müayinədən keçən yaşları 16-33 (19,75±2,5) arası
dəyişən, 20049 gənc oğlan daxil edilmişdir, onlardan 272-də şikayətləri və göz dibi müayinəsinin
nəticələri əsasında gecə görmənin yoxlanılması məqsədi ilə ERQ müayinəsi həyata keçirilmişdir.

Nəticə
ASGK 7 gəncdə ERQ-lə təsdiq edilmiş, onlar əlavə olaraq fundus fotoşəkil və HD Cirrus OCT
5000 cihazında tor qişanın detallı struktur müayinələrinə cəlb edilmişdirlər. Onlardan 3-də ASGK-nun
Riqqs tipi, 1-də Şubert Bornsteinin tam, 2-də natamam forması aşkar edilmişdir. Daha 1 gəncdə ASGK-
nun ağ nöqtəvari forması müşahidə edilmişdir, ERQ müayinəsinə cəlb olunan daha 27 gəncdə retinitis
piqmentosa, 8-də proqressivləşən kolbacıq-çubuqcuq distrofiyası aşkar edilmişdir. Tədqiqatda ASGK-
nun klinik formaları, diaqnostik aspektləri və digər irsi tor qişa xəstəlikləri ilə differensasiya məqamları
tədqiq edilmişdir.

Yekun
Beləliklə, ASGK nadir rastgəlinən xəstəliklərə aid olsa da, onun klinik təzahür formalarının
müxtəlifliyi və tor qişanın digər irsi patologiyaları ilə differensasiyasının xüsusiyyətləri klinik təcrübədə
mühüm əhəmiyyət daşımaqdadır. Xüsusilə də, oftalmoskopiyada normal göz dibi və OKT müayinədə
tor qişanın struktur dəyişikliyi müşahidə olunmayan hallarında xəstəliyin diaqnostikası tibbi ekspertiza
məsələlərində düzgün qiymətləndirilmə zərurəti yaradır. Eləcə də tor qişanın digər irsi xəstəlikləri ilə
differensasiyası proqnostik əhəmiyyət daşımaqdadır.
Müasir diaqnostik müayinə metodlarının tətbiqi ilə yanaşı ERQ müayinəsi bu patologiyanın üzə
çıxarılması və kilinik təzahür formalarının aşkarlanmasında qızıl standart rolunu oynamaqdadır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

16.12.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Hüseynli S.F. and Orucova S.N. 2021. STASİONAR GECƏ KORLUĞUNUN GƏNC KİŞİ POPULYASIYASINDA RASTGƏLMƏ TEZLİYİ, KLİNİK VƏ DİAQNOSTİK XÜSUSİYYƏTLƏRİ VƏ DİGƏR ANADANGƏLMƏ TOR QİŞA XƏSTƏLİKLƏRİ İLƏ DİFFERENSASİYASI MƏQAMLARI. Azərbaycan Oftalmologiya Jurnalı. 38 (Dec. 2021), 3–15.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>