ОСОБЕННОСТИ ВИТРЭКТОМИИ ПРИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКЕ СЕТЧАТКИ, ОСЛОЖНЕННОЙ ЦИЛИОХОРИОИДАЛЬНОЙ ОТСЛОЙКОЙ И ГИПОТОНИЕЙ
Açar sözlər:
tor qişanın reqmatogen qopması, silioxorioidal qopma, vitrektomiyaXülasə
Məqsəd – tor qişanın reqmatogen qopması (TQRQ) ilə pasiyentlərdə vitrektomiya zamanı silioxorioidal qopma və hipotoniyanın kənar edilməsi metodikasını işləyib hazırlamaq və onun effektivliyini təyin etmək.
Material və metodlar
Silioxorioidal qopma (SXO) və hipotoniya ilə fəsadlaşmış TQRQ ilə 82 gözdə retrospektiv olaraq vitrektomiyanın xüsusiyyətləri və nəticələri təhlil edilmişdir. Öncədən aparılan vitreoretinal cərrahiyyə, makulyar və böyük həcmli tor qişa yırtıqları, göz zədəsi istisna meyarları olmuşdur. Bütün xəstələr standart oftalmoloji (görmə itiliyinin müayinəsi, biyomiqroskopiya, oftalmoskopiya və gözdaxili təzyiqin ölçülməsi) və ultrasəs biomikroskopiya müayinəsindən keçmişdir. Vitrektomiya xüsusiyyətlərinin müqayisəli təhlili silioxorioidal qopmanın kənar edilməsi üsulundan asılı olaraq aparılmışdır – 19 gözdə təklif edilən metodika üzrə vitrektomiya zamanı. 63 gözdə vitrektomiyadan əvvəl iltihab əleyhinə müalicə aparılmışdır: 39 gözdə - triamsinolon asetonidin müstəqil surətdə və ya S3F8 ilə müştərək intravitreal yeridilməsi; 29 gözdə ənənəvi terapiya keçirilmişdir (parabulbar deksametazon, diklofenak sistem şəkildə).
Nəticə
Silioxorioidal qopmanın kənar edilməsi metodikası limdən 3,5 və ya 4 mm kənarda iki sklerotomiyanın yerinə yetirilməsindən ibarətdir: aşağı-temporal və qişaların hündürlüyü maksimal olan qopma kvadrantlarında. Planlaşdırılan üçüncü sklerotomiya yerində 25 gauge iynənin köməyi ilə şüşəvari cisim boşluğuna perftordekalin yeridilirdi. Perftordekalinin yeridilməsi nəticəsində subxorioidal maye qabaqcadan hazırlanmış sklerotomiyadan axıb gedirdi, bu da xorioideyanın və siliar cismin bitişməsini təmin edirdi. Adi uzunluqda infuzion kanülə vasitəsilə müvəffəqiyyətlə piqmentli epiteli penetrasiya edilmişdir. Perftordekalinin yeridilməsi həmçinin tor qişa qopmasının hündürlüyünün azalmasına səbəb olmuşdur, bu da pasiyentlərin bir qismində vitrektomiyanın yerinə yetirilməsini asanlaşdırmışdır. Bütün pasiyentlərə qaz tamponadası ilə rutin vitrektomiya yerinə yetirilmişdir. Halların çoxunda qaz qovuğunun adekvat həcmi, oftalmotonusun bərpası əldə edilmişdir. Təklif edilən metodika qrupunda bir müdaxilə nəticəsində tor qişanın bitişməsi 3 aydan sonra 84,2% (16/19 göz) təşkil etmişdir.
Yekun
Vitrektomiyadan əvvəl iki sklerotomiya fonunda perftordekalinin intravitreal yeridilməsi xorioideyanın və siliar cismin bitişməsini, gözdaxili təzyiqin bərpasını, tamponadaedici agentin adekvat həcmini və cərrahiyyənin yüksək anatomik nəticəsinin əldə edilməsini təmin edir.