DİABETİK RETİNOPATİYA ZAMANI TORLU QİŞADA STRUKTUR-FUNKSİONAL POZĞUNLUQLARIN ÖYRƏNİLMƏSİ VƏ ONLARIN KOMPLEKS KORREKSİYASI (EKSPERİMENTAL TƏDQİQAT)

Авторы

  • Kərimova A.A.
  • Kərimova N.K.
  • Kərimov K.T.

Açar sözlər:

diabetik retinopatiya, lipidlərin peroksidləşməsi, eksperimental tədqiqat

Xülasə

Məqsəd - eksperimental diabetik retinopatiya (DR) modelində lipid və yüksək enerjili nukleotidlərin mübadiləsinin, toxumalar strukturunun pozuntularını öyrənmək və onların kompleks korreksiyasının torlu qişanın funksional fəaliyyətinin bərpasında rolunu tədqiq etmək.

Material və metodlar
Tədqiqat çəkisi 3,0-3,5 kq olan və vivariumda adi qidalanma şəraitində saxlanılan erkək ada dovşanlarının üzərində aparılmışdır. DR-nın eksperimental modelini yaratmaq üçün ditizon istifadə edilmişdir.

Nəticə
Eksperimental DR zamanı fosfolipidlərin səviyyəsinin artması fonunda doymamış yağ turşularının və triqliseridlərin miqdarında azalma müşahidə olunur. Fosfolipid fraksiyalarından daha çox fosfatodiletanolamin və fosfatodilxolin azalır. Doymamış yağ turşularından heksanoik, pentanoik, tetranoik turşularda azalma baş verir. Toxumalarda lipidlərin miqdarının və tərkibinin dəyişməsi lipidlərin peroksidləşməsinin intensivliyinin artması ilə müşayiət olunur. Müəyyən edilmişdir ki, adenozin trifosfat (ATF) və quanozin trifosfat (QTF) nukleotidlərində təcrübənin sonuna qədər intensiv azalma müşahidə olunur. Lipid tərkibinin dəyişməsi, lipidlərin peroksidləşməsinin intensivləşməsi və DRda fosforlanmış nukleotidlərin sintezinin ləngiməsi tor qişada neyron elementlərin parçalanmasına səbəb olur. Bu prosesin əsas səbəbi elektrik keçiriciliyinin və dispersiya əmsalının artmasıdır.

Yekun
DR zamanı tor qişada fosfolipid fraksiyalarında statistik əhəmiyyətli azalmalar müşahidə olunur ki, bu da ən çox tor qişada fosfatodilxolin və fosfatodiletanolamin miqdarında özünü göstərir. Tor qişada lipidlərin destruksiyası nəticəsində onların tərkibi pozulur. Hidroliz zamanı fosfolipid fraksiya parçalanmaya məruz qalır. Doymamış yağ turşusu qalıqlarının oksidləşməsi nəticəsində fosfolipidlər parçalanır, onların sayı kəskin şəkildə azalır. Bu dəyişikliklər DR zamanı lipidləri təşkil edən triqliseridlərin, fosfolipidlərin və yağ turşularının miqdarında baş verir. Beləliklə, həm tor qişada, həm də diabetli heyvanların qanında triqliseridlərin miqdarı təcrübədən 30 gün sonra kəskin şəkildə artır. Diabetli heyvanlara insulin verildikdən sonra triqliseridlərin miqdarının artması ləngiyir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

27.11.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri