РЕЗУЛЬТАТЫ ОЦЕНКИ ФУНКЦИОНАЛЬНОГО СОСТОЯНИЯ СЕТЧАТКИ ПО ДАННЫМ РЯДА ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ У БОЛЬНЫХ ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИЕЙ ПОСЛЕ ИНТРАВИТРЕАЛЬНЫХ ВМЕШАТЕЛЬСТВ

Авторы

  • Элхадж Эмхамед Али
  • Путиенко А.А.
  • Храменко Н.И.

Açar sözlər:

şəkərli diabet, proliferativ diabetik retinopatiya, intravitreal müdaxilələr, elektrofzioloji müayinələr

Xülasə

Məqsəd – proliferativ diabetik retinopatiyalı (PDR) xəstələrdə hemoftalm, makulanın traksion qopması və tor qişanın traksion-reqmatogen qopması üzrə intravitreal müdaxilələrdən 2 və 12 ay sonra tor qişanın funksional vəziyyətinin müqayisəli qiymətləndirilməsi.

Material və metodlar
PDR ilə 105 xəstə (105 göz) müayinə edilib. Epiretinal toxumanın tam mövcud olmaması ilə hemoftalm üzrə 48 xəstədə (45,7%), makulanın traksion qopması üzrə - 47 xəstədə (44,8%), tor qişanın traksion-reqmatogen qopması üzrə - 10 xəstədə (9,5%) vitrektomiya yerinə yetirilmişdir. Elektrofzioloji müayinələr ROLAND frmasının “Retiscan” cihazında aparılmışdır. Elektroretinoqrammanın (ERQ) skotopik və fotopik göstəriciləri, ossilyator potensiallar, 30 Hz tezlikli stimullara fiker-cavab (ritmik ERQ) və ənənəvi kombinəedilmiş ERQ göstəriciləri qiymətləndirilmişdir.

Nəticə
Vitektomiyadan 2 ay sonra həm fotoreseptorların aktivliyi orta hesabla 2 dəfə normadan aşağı enmişdir, həm də tor qişanın orta laylarının (bipolyar hüceyrələrin) orta hesabla 4 dəfə normadan aşağa enmişdir, bu zaman kolbacıqlar aparatı daha çox dəyişikliklərə məruz qalmışdır. Ossilyator potensialların məlumatına görə həm neqativ, həm də pozitiv piklərin latentliyinin 4-5 dəfə artması, amplitudanın 6-9 dəfə enməsi ilə tor qişanın ifadə edilmiş işemiyası qorunub saxlanılmışdır. Bu zaman hemoftalm ilə pasiyentlərdən fərqli olaraq, makulanın traksion qopması ilə və tor qişanın traksion-reqmatogen qopması ilə pasiyentlərdə bioelektrik aktivlik dürüst aşağı olmuşdur. Tor qişanın bioelektrik aktivliyinin dəyişmə xarakteri 12 aydan sonra daha erkən müşahidə dövründə əldə edilən göstəricilərə analoji olmuşdur. Bütün tədqiqat qrupları üzrə 2 və 12 ay müddətlərdəki göstəricilərdə dürüst fərq əldə edilməmişdir. Göz boşluğunda makulanın traksion qopmasına qədər inkişaf edən proliferativ dəyişikliklərin proqressivləşməsi, əhəmiyyətli dərəcədə bioelektrik aktivliyin enməsi ilə tor qişanın neyrodegenerativ dəyişikliklərinin inkişafıyla müşayiət edilir. Bir il müşahidə ərzində tor qişanın bitişməsi tor qişanın funksional aktivliyinin bioelektrik gösəricilərinin yaxşılaşmasına gətirib çıxartmır, cərrahi müdaxilədən öncə tor qişanın qopması olmayan pasiyentlərdən fərqli olaraq, bu göstərici dürüst aşağı qalmışdır.
Beləliklə, PDR ilə xəstələrdə intravitreal müdaxilələrdən sonra əldə edilən proliferativ dəyişikliklərin uzun müddət sabitləşməsi tor qişanın funksional vəziyyətinin yaxşılaşmasına səbəb olmur, bu da əlavə intensiv neyroptektor terapiyanın keçirilməsini tələb edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.06.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Элхадж Эмхамед Али et al. 2016. РЕЗУЛЬТАТЫ ОЦЕНКИ ФУНКЦИОНАЛЬНОГО СОСТОЯНИЯ СЕТЧАТКИ ПО ДАННЫМ РЯДА ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ У БОЛЬНЫХ ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИЕЙ ПОСЛЕ ИНТРАВИТРЕАЛЬНЫХ ВМЕШАТЕЛЬСТВ. Azərbaycan Oftalmologiya Jurnalı. 21 (Jun. 2016), 79–88.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri