КОМБИНИРОВАННАЯ АНТИОКСИДАНТНАЯ ТЕРАПИЯ В РЕАБИЛИТАЦИИ ПАЦИЕНТОВ С ДАЛЕКОЗАШЕДШЕЙ СТАДИЕЙ ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ ПОСЛЕ ВИТРЕОРЕТИНАЛЬНОЙ ХИРУРГИИ

Авторы

  • Гаджиева К.Т.

Açar sözlər:

proliferativ diabetik retinopatiya, vitreoretinal cərrahiyyə, antioksidant aktivlik

Xülasə

Məqsəd – Kombinəolunmuş antioksidant terapiyanın (EGb 761 və Fokus vitamin-mineral kompleksi) ağır mərhələli proliferativ diabetik retinopatiyalı xəstələrdə vitreoretinal əməliyyatdan sonrakı bərpa dövründə səmərəliliyinin tətbiqi.

Material və metodlar
Ağır mərhələli proliferativ diabetik retinopatiyası olan 62±20 yaşında 115 pasiyentdə (124 gözdə) vitreoretinal cerrahiyyədən sonrakı bərpa dövründə tədqiqat aparılmışdır. Xəstələr 4 qrupa bölünmüşdür. Bütün qrupun nümayəndələrinə standart müalicə (steroid və antibiotikoterapiya) aparılmışdır. I qrup (32 pasient, 36 göz) əməliyyatdan sonrakı dövrdə Egb 761 və Fokus; II qrup (28 pasient, 30 göz) Egb 761 (Tanakan); III qrup (29 pasient, 30 göz) vitamin-mineral kompleksi və IV qrup (26 pasient, 28 göz) yalnız standart terapiya tətbiq edilmişdir. Tanakan 40 mq gündə 3 dəfə, Fokus 1 tab. gündə 1 dəfə 3 ay müddətində təyin olunmuşdur. Əsas müayinələrlə yanaşı qanda və göz yaşında antioksidant aktivlik (AOA), superoksiddismutaza (SOD) və malondialdehidinin qatılığı (MDA) müəyyən edilmişdir. Müayinələr əməliyyatdan əvvəl, 10-14-cü gün və 3 aydan sonra təkrar olunmuşdur.

Nəticə
Əməliyyatların gedişində ağırlaşmalar qeydə alınmamışdır. Müəyyən olmuşdur ki, I qrupda kliniki-funksional göstəricilər: korreksiya ilə maksimal görmə itiliyi 0,21-ə (p<0,5) qədər yüksəlmiş, görmə sahəsinin summar həcmi 36,9%-ə (p<0,5) qədər genişlənmiş, makulyar sahədə tor qişanın qalınlığı orta hesabla 54% (p<0,5) azalmışdır. I qrupda qanda AOA 1,2 dəfə, SOD 1,6 (p<0,5) dəfə, göz yaşında müvafq olaraq 2,2 və 1,8 (p<0,5) dəfə artmış, MDA 1,4 dəfə (p<0,5) azalmışdır.

Yekun
Kombinəolunmuş antioksidant terapiyanın (EGb 761 və Fokus vitamin-mineral kompleksi) ağır mərhələli proliferativ diabetik retinopatiyalı xəstələrdə vitreoretinal əməliyyatdan sonrakı bərpa dövründə tətbiqi olduqca vacibdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гаджиева К.Т. 2017. КОМБИНИРОВАННАЯ АНТИОКСИДАНТНАЯ ТЕРАПИЯ В РЕАБИЛИТАЦИИ ПАЦИЕНТОВ С ДАЛЕКОЗАШЕДШЕЙ СТАДИЕЙ ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ ПОСЛЕ ВИТРЕОРЕТИНАЛЬНОЙ ХИРУРГИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 37–43.