ВЛИЯНИЕ ОРТОПТИЧЕСКОГО ЛЕЧЕНИЯ И КОРРЕКЦИИ АСТИГМАТИЗМА НА ПОКАЗАТЕЛИ АККОМОДАЦИИ И ФУЗИИ У ШКОЛЬНИКОВ С ОСЛАБЛЕННОЙ КОНВЕРГЕНЦИЕЙ
Açar sözlər:
astiqmatizm, miopiya, konvergensiyaXülasə
Məqsəd. Zəif dərəcəli miopik astiqmatizmi olan məktəbyaşlı uşaqlarda xarici çəpgözlüyün yaranmasının kənar edilməsində akkomodasiya ehtiyatının və konvergensiyasının həmçinin astiqmatizm korreksiyasınm bərpası effektivliyinin qiymətləndirilməsi.
Material və metodlar
Müşahidə altında zəifləmiş konvergensiya ilə zəif dərəcəli miopik astiqmatizmi olan 48
məktəbli (onlardan 20 nəfəri oğlan, 28 nəfəri qız) iki qrupa bölünmüşdür: I qrup - astiqmatiqm nəzərə alınmadan
korreksiya ilə zəif dərəcəli miopik astiqmatizmi olan 22 məktəbli (44 göz); II qrup - astiqmatizm nəzərə alınaraq
korreksiya edilmiş zəif dərəcəli miopik astiqmatizmi olan 26 məktəbli (52 göz).
Bütün hallarda korreksiya ilə görmə itiliyi 1,0 bərabər olmuşdur.
Nəticə və onların müzakirəsi
Aparılan müalicədən sonra aşağıdakı nəticələr əldə edilib: I qrupda - görmə
itiliyi - 0,1-0,2-ə qədər artmışdır; II qrupda - korreksiyasız 0,2-0,35-ə qədər artmışdır. Nisbi akkomodasiyanın
müsbət hissəsinin həcmi I qrupda 3,0-4,0 D (orta hesabla 3,3 D), II qrupda - 3,5-4,5 D (orta hesabla 3,7 D)
çatmışdır.
Müalicədən sonra müsbət fuziyanm ehtiyatı I qrupda 18,5-20,5 prizm. dptr. (orta hesabla 19,7), II qrupda -
19,5-21,8 prizm. dptr. (orta hesabla 20,6) çatmışdır.
qrupda konvergensiyanın yaxşılaşması 45%-də (10 məktəbli), tam bərpa olması - 41%-də (9 məktəbli),
dəyişiksiz qalması - 14%-də (3 məktəbli) qeyd edilmişdir.
qrupda konvergensiyanın yaxşılaşması 42%-də (11 məktəbli), tam bərpa olması - 50%-də (13 məktəbli),
dəyişiksiz qalması - 8%-də (2 məktəbli) qeyd edilmişdir.
1,0-1,5 ildən sonra keçirilən təkrar müayinədə I qrupda 18% (4 məktəbli), II qrupda - 8% (2 məktəbli)
miopiyanın proqressivləşməsi; I qrupda 27,2% (6 məktəbli), II qrupda - 26,8% (7 məktəbli) akkomodasiya və
fuziya göstəricilərinin enməsi aşkar edilmişdir.
Yekun
Tədqiqatın nəticələri akkomodasiya və fuziya göstəricilərinin, həmçinin konvergensiya zəifliyinin
II qrupda bir qədər yaxşılaşmasını göstərmişdir. Görünür ki, hətta 1,0 D qədər zəif dərəcəli astiqmatizmin
korreksiyası, akkomodasiya və konvergensiya gərginliyinin tam götürülməsinə gətirir və bu zaman, yuxarıda qeyd
olunan fəsadlara səbəb olan akkomodasiya spazmının, əzələ astenopiyasmm artması üçün əlavə şərait yaranmır.
Alınan nəticələrə əsaslanaraq, ekzoforiya ilə nəticələnən divergensiyanın aradan qaldırılması məqsədilə zəif
dərəcəli astiqmatizmi nəzərə alaraq miopiyanın tam korreksiyası məsləhət görülür