ПЕРВИЧНАЯ 23-GAUGE ТРАНСКОНЪЮКТИВАЛЬНАЯ БЕСШОВНАЯ ХИРУРГИЯ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКИ СЕТЧАТКИ

Авторы

  • Ахундова Л.А.
  • Керимов М.И.

Açar sözlər:

orlu qişanın reqmatogen qopması, 23-gauge transkonyuktival vitrektomiya, skleral sirklyaj
əməliyyatları

Xülasə

İşin məqsədi. Torlu qişanın reqmatogen qopmasının 23-gauge transkonyuktival tikişsiz cərrahiyəsinin əlavə/
əlavəsiz skleral sirklyaj ilə effektivliyinin öyrənilməsi.

Material və metodlar
Bizim mərkəzə 2009-2012-ci illərdə torlu qişanın ilkin reqmatogen qopması diaqnozu
ilə müraciət etmiş 136 xəstənin (137 göz) müalicəsi üçün 23-gauge transkonyuktival tikişsiz vitrektomiya (PPV)
əlavə skleral sirklyaj (SB) ilə və ya onsuz tətbiq edilmişdir.
Endotamponada isə qaz və ya silikon yağı istifadə edilmişdir. Minimal müşahidə periodu 3 ay olmuşdur. PPV
qrupunda 80 göz, PPV SB ilə qrupunda xəstələrin 57 gözü qeydə alınmışdır.

Nəticə
PPV və PPV SB ilə (p=0.137) qruplarında uyğun olaraq 80% və 89.5% hallarda əməliyyatın ilkin
anatomik müvəffəqiyyəti qeyd olunmuşdur. Əməliyyatın son anatomik müvəffəqiyyəti isə PPV qrupunda 91.3%
halda və PPV SB ilə (p=0.085) qrupunda isə 98.2% halda qeydə alınmışdır. Aşağı cırılmalarm törətdiyi torlu
qişanın reqmatogen qopması üçün əməliyyatın son anatomik müvəffəqiyyəti PPV qrupunda 72.7%, PPV SB
ilə (p=0.005) qrupunda isə 100% hallarda müşahidə edilmişdir. PPV 1.25±0.84 logMAR qrupu və PPV SB ilə
1.2±0.66 logMAR (p=0.109) qrupunda son BCVA qeyd olunmuşdur.

Yekun
Aşağı cırılmalarm törətdiyi torlu qişanın reqmatogen qopması halında PPV SB ilə birlikdə daha effektiv
cərrahiyyə metodu təşkil edir və əməliyyatın ilkin anatomik müvəffəqiyyətini yaxşılaşdırır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

18.08.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Ахундова Л.А. and Керимов М.И. 2013. ПЕРВИЧНАЯ 23-GAUGE ТРАНСКОНЪЮКТИВАЛЬНАЯ БЕСШОВНАЯ ХИРУРГИЯ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКИ СЕТЧАТКИ. Azərbaycan Oftalmologiya Jurnalı. 12 (Aug. 2013), 22–28.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>