ANATOMIC AND VISUAL OUTCOMES OF PRIMARY PNEUMATIC RETINOPEXY FOR RHEGMATOGENOUS RETINAL DETACHMENT
Açar sözlər:
tor qişanın reqmatogen qopması, pnevmatik retinopeksiya, gözdaxili təzyiqXülasə
Məqsəd - tor qişanın reqmatogen qopması olan pasiyentlərdə pnevmatik retinopeksiyanın anatomik effektini və vizual nəticələrini qiymətləndirmək.
Material və metodlar
Hazırki retrospektiv tədqiqata 2013-cü ilin dekabr ayından 2017-ci ilin sentyabr ayına qədər müddətdə
Afyonkarahisar Tibb Elmləri Universiteti Tibb Fakültəsinin Oftalmologiya Bölümündən keçmiş tor qişanın reqmatogen
qopması nəticəsində yaranmış pnevmatik retinopeksiya ilə 58 pasiyent (58 göz) daxil edilmiş və alınan nəticələr
təhlil edilmişdir. Pasiyentin yaşı, cinsi, görmə itiliyi, gözdaxili təzyiq, əməliyyatdan öncə tor qişa qopmalarının
lokalizasiyası, makulada olan dəyişikliklər, tompanada tipi, yanaşı gedən fəsadlar, həmçinin əməliyyatdan əvvəl və
sonra (1-ci gün 1-ci həftə, 1-ci ay, 6-cı ay və son aylar) funksional və anatomik göstəricilər qeydə alınmışdır.
Nəticə
58 pasiyentdə 32 nəfər (55,2%) kişi, 26-sı - qadın olmuşdur. Orta yaş həddi 59,5 (24-83) təşkil etmişdir. Makulyar
yırtıq 22 (37,9%) aşkar edilmişdir. 40 pasiyentə (69%) perfluropropan, 14 pasiyentə (24,1%) kükürd heksafluorid və
4 pasiyentə (6,9%) hexafluoroetane yeridilmişdir. İnyeksiyanın tətbiqindən əvvəl orta gözdaxili təzyiq 14,42 mm c.s.,
sonra 17,07 mm c.s. təşkil etmişdir. 5 pasiyentə (8,6%) gözdaxili təzyiqin endirilməsi üçün antiqlaukomatoz damcılar
tələr olunmuşdur. Anatomik müvəffəqiyyətə birinci inyeksiyadan sonra 38 (65,5%), ikinci inyeksiyadan sonra - 6
(1034%) pasiyentdə nail olunmuşdur. Vitrektomiya pars plana əməliyyatı 14 (24,1%) pasiyentdə aparılmışdır. Görmə
itiliyinin daha yaxşı korreksiyası əməliyyatdan əvvəl, əməliyyatdan 1 və 6 gün sonra müvafiq olaraq 0,20, 0,35 və
0,60 logMAR təşkil etmişdir. Heç bir xəstədə endoftalmit, şüşəvari cismə qansızma, subretinal dəyişikliklər və ya
proliferativ vitreoretinopaya qeyd edilməmişdir. Orta müşahidə dövrü 16,8 ay təşkil etmişdir.
Yekun
Pnevmatik retinopeksiya - kabinet şəraitində aparıla biləcək seçilmiş tor qişa qopmaları hallarının səmərəli,
təhlükəsiz və effektiv proseduru sayılır. Baxmayaraq ki, bu prosedur qişa müddətli gözdaxili təzyiqin artmasına
səbəb olur, lakin yerli damcılar bunu nəzarət altında saxlamağa imkan verir.