ИНТРАОПЕРАЦИОННЫЕ И РАННИЕ ПОСЛЕОПЕРАЦИОННЫЕ ОСЛОЖНЕНИЯ ПРИ ХИРУРГИЧЕСКОМ ЛЕЧЕНИИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКИ СЕТЧАТКИ С ПРИМЕНЕНИЕМ СПОСОБА ПЕРИБАЗАЛЬНОЙ ВИТРЭКТОМИИ

Авторы

  • Тагиев Г.Н.

Açar sözlər:

peribazal vitrektomiya, şüşəvari cismin arxa kortikal qatları

Xülasə

Məqsəd - peribazal vitrektomiya üsulunun tətbiqi ilə torlu qişanın reqmatogen qopmasının cərrahiyyəsi zamanı
və əməliyyatdan sonrakı ilk dövrdə baş verə biləcək ağırlaşmaların öyrənməsi.

Material və metodlar
Tədqiqatın kliniki materialına torlu qişanın reqmatogen qopması olan 74 xəstənin əməliyyatı və əməliyyatdan
sonrakı ilk dövrünün nəticələrinin analizi daxil edilmişdir. Xəstələr 2 qrupa bölünmüşdür. Əsas qrupa daxil olan
37 xəstədə əməliyyat peribazal vitrektomiya üsulunun tətbiqi ilə aparılmışdır (RF ixtira patenti № RU 2554230,
16.04.2015 tarixindən). Bu üsulun digərlərindən fərqi ondan ibarətdir ki, vitrektomiya şüşəvari cismn əsasında
bütün sahə boyu aparılır, vitreotomun ekvatora doğru yerini dəyişmədən şüşəvari cisim xaric olunur, arxa kortikal
qatları isə periferiyadan mərkəzə doğru soyulur. Kontrol qrupda olan 37 xəstədə vitrektomiya ənənəvi üsulla
aparılmışdır.

Nəticə
Əməliyyatın gedişində əsas qrupun xəstələrinin 81,1% şüşəvari cismin arxa kortikal qatlarını vahid blok şəklində
qoparmaq mümkün oldu. Arxa kortikal qatların qoparılması zamanı baş vermiş ağırlaşmaların analizi göstərdi
ki, peribazal vitrektomiyanın tətbiqi zamanı, retinal damarlardan qansızma 8,1% hallarda, yatrogen yırtıqlar isə
müşahidə olunmamışdır. Vitrektomiyanın mərkəzi üsulla aparılması və arxa kortikal qatların mərkəzdən başlayaraq
xaric olunması zamanı retinal damarlardan qansızma 32,4% hallarda, yatrogen yırtıqlar isə 5,4% hallarda rast
gəlinmişdir.

Yekun
Beləliklə, təklif olunan peribazal vitrektomiya üsulu texniki cəhətdən asan icra olunur, şüşəvari cismin arxa
kortikal qatlarını vahid blok şəklində qoparmaqla torlu qişanı traksiyalardan maksimum azad etməyə və yatrogen
ağırlaşmaların sayını azaltmağa imkan verir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.11.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Тагиев Г.Н. 2018. ИНТРАОПЕРАЦИОННЫЕ И РАННИЕ ПОСЛЕОПЕРАЦИОННЫЕ ОСЛОЖНЕНИЯ ПРИ ХИРУРГИЧЕСКОМ ЛЕЧЕНИИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКИ СЕТЧАТКИ С ПРИМЕНЕНИЕМ СПОСОБА ПЕРИБАЗАЛЬНОЙ ВИТРЭКТОМИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 28 (Nov. 2018), 78–82.