ПРОГНОЗИРОВАНИЕ ОСТРОТЫ ЗРЕНИЯ С ПОМОЩЬЮ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ У ПАЦИЕНТОВ С РЕГМАТОГЕННОЙ ОТСЛОЙКОЙ СЕТЧАТКИ

Авторы

  • Ахундова Л.А.

Açar sözlər:

tor qişanın reqmatogen qopması, vitrektomiya, görmə itiliyinin proqnozlaşdırılması, optik
koherent tomoqrafiya

Xülasə

Məqsəd - optik koherent tomoqrafiyada (OKT) struktur dəyişikliklərinin təhlili əsasında əməliyyatdan sonrakı
görmə itiliyinin proqnozlaşdırılması imkanlarının öyrənilməsi.

Material və metodlar
Prospektiv, qeyri-randomizə edilmiş tədqiqatda torlu qişanın reqmatogen qopması ilə 85 pasiyentdə (91 göz)
əməliyyatdan əvvəl və sonrakı dövrdə OKT vasitəsilə torlu qişanın anatomik vəziyyətinin qiymətləndirilməsi
aparılmışdır. Tədqiqata əməliyyatın ilkin anatomik müvəffəqiyyəti müşahidə edilmiş pasiyentlər daxil edilmişdir.
Bu pasiyentlərə əməliyyatdan əvvəl və sonrakı dövrdə OKT aparılmışdır.

Nəticə
Fotoreseptor qatının dalğavari olması əməliyyatdan əvvəlki görmə itiliyinə təsir göstərmişdir (p=0,012).
Ellipsoid və qarşılıqlı qapanan kolbacıqlar zonasının bərpası müşahidə edilmişdir. Əməliyyatdan sonrakı birinci
ayda və son OKT-də ellipsoid zonanın dəyişikliyi statistik əhəmiyyətli olmuşdur (p<0,001), qarşılıqlı qapanan
kolbacıqlar zonasının dəyişikliyi də statistik əhəmiyyətlidir (p=0,035). Son görmə itiliyi, mərkəzi foveolyar
qalınlıq və foveanm yekun orta qalınlığı arasında əməliyyatdan sonrakı 1-ci ayda (p=0,042) və 3-cü ayda (p=0,049)
statistik əhəmiyyətli korrelyasiya aşkar edilmişdir.

Yekun
Dağılmış qat halına nisbətən, bitişmiş və ya qopmuş makula hallarında, zədələnməmiş ellipsoid və ya
qarşılıqlı qapalı zona halında daha yüksək görmə itiliyi müşahidə olunur. Torlu qişanın reqmatogen qopması
zamanı OKT fotoreseptorlannm dağılması və ya bərpasının qeydə alınması əməliyyatdan sonrakı görmə itiliyinin
proqnozlaşdırılması üçün istifadə edilə bilər

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.08.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Ахундова Л.А. 2018. ПРОГНОЗИРОВАНИЕ ОСТРОТЫ ЗРЕНИЯ С ПОМОЩЬЮ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ У ПАЦИЕНТОВ С РЕГМАТОГЕННОЙ ОТСЛОЙКОЙ СЕТЧАТКИ. Azərbaycan Oftalmologiya Jurnalı. 27 (Aug. 2018), 25–31.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri